Biz Vətənə sevgimizi necə göstərə bilərik? |
Dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların doğma Vətənidir. Biz Vətənə layiqli vətəndaşlar olmağa çalışırıq. Vətən sevgisini biz Azərbaycan uğrunda canını qurban vermiş şəhidlərimizdən, torpaqlarımızın bütövlüyünü qoruyan cəsur qazilərimizdən öyrənirik.
Biz Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmağı, biliklərə yiyələnməyi, davranış qaydalarına əməl etməyi özümüzə borc bilirik. Yaxşı insan olmaq, insanlar üçün faydalı işlər görmək istəyirik.