Paltaryuyan maşın, elektrik plitəsi, ütü, tozsoran və s. cihazlar elektrik məişət avadanlıqlarıdır. Bu cihazlar gündəlik həyatımızda işimizi asanlaşdırsa da, bəzən təhlükə də yaradır. Onlar hansı təhlükələri yarada bilər? Bu zaman biz necə davranmalıyıq?
Qəflətən və gözlənilmədən baş verən yaralanmalar, həyat itkisinə və ya maddi itkiyə səbəb olan hadisələr qəza adlanır. Müasir dövrdə elm, texnika və texnologiyanın inkişafı ilə yanaşı, qəza hallarının da sayı durmadan artır.
Çoxumuz elə hesab edirik ki, mənzillərimiz ən təhlükəsiz yerdir. Lakin qəza halları ilə tez-tez məhz elə evdə olarkən üzləşirik.
Evdə yaranan qəzalar | Yıxılma və zərbələr | Kəsiklər | Zəhərlənmə | Elektrik vurması | Yanıqlar |
Qəzaların səbəbləri | ***** | ***** | ***** | ***** | ***** |
Məişətdə baş verən qəzalar zamanı yaşlılarla yanaşı, uşaqlar da çox zərər çəkirlər. Ona görə də aşağıdakılara xüsusi diqqət yetirməyiniz məsləhətdir: