Yeni dərs ilinin başlanmasını hamı böyük sevinc hissi ilə qarşılayır. Məktəb
öz qapılarını yenidən müəllim və şagirdlərinə açır. Bu zaman hansı hissləri
keçirirsiniz?
Ünsiyyət insanlar arasında qarşılıqlı münasibət vasitəsidir. O, informasi-
yanın mübadiləsi funksiyasını yerinə yetirir. Bu zaman biz özümüzü və ətrafı-
mızdakıları öyrənir, həm də öz əməllərimizi qiymətləndiririk. İnsanın heç kimlə
ünsiyyət qurmaması, tənhalığı onun həm əhvali-ruhiyyəsində, həm də xarak-
terində dəyişiklik yaradır. Ona görə də hər bir insanın ailə üzvləri, dostları, yol-
daşları və ətrafındakı digər insanlarla ünsiyyət qurması böyük əhəmiyyət kəsb
edir.
Ünsiyyətin işgüzar, tərbiyəvi, diaqnostik və s. növləri məlumdur. Şəkillərə
əsasən ünsiyyətin növlərini müəyyən edin.