Gördüyünüz yol nişanları nəyi ifadə edir və siz bu nişanları necə qruplaşdıra bilərsiniz?
Qədimdə nəqliyyat vasitələrində dartıcı qüvvə kimi, əsasən, müxtəlif heyvanlardan istifadə olunurdu. Elm və texnikanın inkişafı avtomobilin ixtirası ilə nəticələndi. Bununla da yollarda hərəkət sürəti artdı. Avtomobillərin düzgün idarə edilməsi üçün sürücüləri yol haqqında məlumatlandıran yol nişanlarına ehtiyac yarandı. Beləliklə, dünyada ilk yol nişanları XIX əsrin sonlarında ilk avtomobillərlə birlikdə meydana çıxdı.