|
Yer Günəş sistemində orta mövqe tutur və burada, digər planetlərdən fərqli olaraq, böyük həcmdə su ehtiyatı toplanır. Burada olan sular Yer planetinin özündə əmələ gəlir və daim yenilənir. Okeanlarda toplanan suyun həcmi kifayət qədər çoxdur və Yerdə həyatın mövcudluğunun əsasını təşkil edir. Yerdə olan sular vahid Dünya okeanını əmələ gətirir.
|
Dünya okeanı hidrosferin əsas hissəsidir. Onu təşkil edən sular Yerin ¾ hissəsini örtür. Dünya okeanı vahiddir, heç yerdə kəsilmir, sərbəst olaraq bir okeandan digərinə keçmək mümkündür. Ona görə quruya rast gəlmədən Yerin ətrafına dolanmaq mümkündür.
Dünya okeanı materiklər vasitəsilə okeanlara bölünür. Hidrosferin əsas hissəsini, yəni 96,5%-ni okeanlar və dənizlər təşkil edir. Okeanlar materikləri və adaları əhatə edir. Planetimizdə 4 okean var: Sakit okean, Atlantik okeanı, Hind okeanı, Şimal Buzlu okeanı.
Fəaliyyət:
|
1. Hər bir okeanın neçə faiz sahə tutduğunu hesablayın.
2. Ən böyük okeanın ən kiçik okeandan neçə dəfə böyük olduğunu müəyyən edin. |
Sakit okean - ən böyük və ən dərin okeandır. Sahəsinə görə Sakit okean
Yerin bütün quru hissəsindən böyükdür. Sakit okean qərbdə Avrasiya və
Avstraliya, şərqdə Şimali və Cənubi Amerika, cənubda Antarktida ilə əhatə
olunur. Sahəsi 179,5 mln. km2, suyunun həcmi 710 mln. km3, ən dərin yeri
Marian çökəkliyində 11022 m-dir. |