dünyanın, demək olar ki, hamısı quraq və yaşayış üçün yararsız sahələrdən ibarət olardı. Okeanlardan materiklərə rütubətin gəlməsi suyun dövranı prosesində mümkün olur. |
|
|
Su daim hərəkətdə olduğuna görə və təbəqələr arasındakı qarşılıqlı əlaqədə iştirak etdiyi üçün bu prosesə təbiətdə suyun dövranı deyilir. Bu proses davamlı olaraq atmosferdə, Yer səthində Günəş radiasiyasının və cazibə qüvvəsinin təsiri altında baş verir. Günəş istiliyinin təsiri ilə dəniz və okeanlarda sular qızır, buxar halında atmosferə qalxır. Daha sonra buxar soyuyur və ondan buludlar əmələ gəlir. Buludlardakı rütubətin çox hissəsi yağış damcıları şəklində yenidən okean və dənizlərin üzərinə düşür. Suyun dövranı Dünya okeanı daxilində baş verirsə, buna suyun kiçik dövranı deyilir. Bu zaman okeanların müxtəlif enlikləri arasında suyun və istiliyin mübadiləsi baş verir.
Okeanlardan buxarlanan suyun az bir hissəsi küləklər vasitəsilə quruya gətirilir. Burada onlara qurudakı su obyektlərindən, torpaqdan və bitkilərdən buxarlanan sular da qoşulur. Sonra materiklərə və adalara yağış yağır. Yağış sularının bir hissəsi buxarlanır, bir qismi torpağa hopur. Suların çox hissəsi çaylara, göllərə axır, buzlaqaları, bataqlıqları qidalandırır. Okeanlardan quruya gələn sular yenidən çaylar, yeraltı sular, bulaqlar və aysberqlər vasitəsilə okeanlara qayıdır. Bu proses suyun böyük dövranı adlanır. Suyun böyük dövranı zamanı quru suları müəyyən vaxtdan sonra dəyişir. |
Alimlərin hesablamalarına görə,
təbiətdə suyun dövranı ildə orta
hesabla 40 dəfə baş verir. Bu proses
nəticəsində atmosferdə rütubət hər
9 gündən bir dəyişir. Suyun dəyişməsi
çaylarda 14-15 günə başa çatır. Dağ
buzlaqlarında suyun dəyişməsi üçün
10 ildən 120 ilə qədər, Antarktida
və Qrenlandiyada 250 min ilə qədər
vaxt lazım gəlir.
|