“Yarımkürələrin fiziki xəritəsi”nə baxarkən aydın görünür ki, Yer səthi materik və okeanlardan ibarətdir. Okeanların bir-birindən ayrılması ilə yanaşı, onların ayrı-ayrı hissələrini də quru sahələri bölür. Materiklər və adalar okeanlarda suyun axımına, daxili dövranına təsir göstərir. Həmçinin, okeanlar arasındakı su mübadiləsi burada olan quru sahələrindən asılıdır. Ona görə materiklər və adalar okeanların, dənizlərin formasını, axımını, əlaqələrini müəyyən edir. Qərb yarımkürəsi Şərq yarımkürəsi
|
|
|
Okeanların quru sahələrinə materiklər (kontinentlər), adalar və yarımadalar daxildir.
Adı | Sahəsi, mln. km2 |
Ən hündür yeri, m | Ən alçaq yeri, m |
Avrasiya | 54,5 | Comolunqma d., 8848 | Ölü dəniz, - 430 |
Şimali Amerika | 24,4 | Denali d., 6190 | Ölüm dərəsi, - 86 |
Cənubi Amerika | 17,9 | Akonkaqua d., 6960 | Salinas-Çikas, - 42 |
Afrika | 30,3 | Kilimancaro vlk., 5895 | Assal gölü, - 157 |
Antarktida | 13,2 | Vinson massivi, 5140 | Bentli, -2555 |
Avstraliya | 7,6 | Kostyuşko d, 2230 | Eyr-Nort, - 16 |