Heç fikirləşmisinizmi ki, nə üçün bağda olan meyvə ağaclarının gətirdiyi barın hər biri özünəməxsus dada, ölçüyə və formaya malikdir? Meyvələrin əkildiyi torpaqda çoxlu sayda qida maddələri vardır. Hər bir meyvə ağacı özünə lazım olan qida maddələrini suyun vasitəsilə qəbul edir, böyüyür və bar verir. Bu, torpaqların növü və onlarda toplanan qida elementlərindən də asılıdır. |
|
|
Yer səthində bitkilərin böyüməsi üçün günəş işığı və su ilə yanaşı, qida maddələrinin də olması vacibdir. Bu qida maddələri üst münbit qatda toplanır və torpaq adlanır. Torpaq yer səthində yaranan təbii komponentlərdən biridir. Torpaq Yerin digər təbəqələrinə aid komponentlərin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Onlara relyef, temperatur, yağıntı, bitki örtüyü aid edilə bilər. Torpaq dağ süxurlarının günəş istiliyi, hava, su, bitkilər, heyvanlar və bakteriyaların birlikdə təsiri ilə dəyişən, qida maddələri ilə zəngin üst yumşaq qatıdır. Təbiətin canlı və cansız komponentlərinin fəaliyyəti prosesindən müəyyən vaxtın keçməsi torpağın əmələ gəlməsi üçün vacib amillərdir.
Relyef | Bitki örtüyü | Temperatur | Ana süxurlar |
Yeraltı sular | İnsan fəaliyyəti | Mikroorqanizmlər | Vaxtın keçməsi |
Fəaliyyət:
|
Torpağın əmələ gəlməsində hansı amillərin rolu daha böyükdür?
|
Torpağın yaranmasında və dəyişməsində insanlar da iştirak edir. Yaşayış məntəqələri, yollar, zavodlar, fabriklər, əkin sahələri, onların ətraf ərazilərində yerləşən torpağın əmələgəlmə prosesi insanların əməyi ilə dəyişir.