BİTKİ VƏ HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ
Təbiətin bütün elementləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlar bir-birini
tamamlayır, canlıların yayılmasına, qidalanmasına və artımına təsir göstərir. Təbii
komponentlər arasında relyef, istilik və rütubətin miqdarı aparıcı təsirə malikdir.
Onlardan birinin az və ya çox olması bitki və heyvanat aləminin müxtəlifliyinə ciddi təsir
göstərir.
Tropik
səhra
|
Qütb səhrası
|
Kolluq
|
Çəmənlik
|
|
|
|
- Yerdə bitkilərin yayılması ilə heyvanların yaşaması arasında hansı əlaqələr vardır?
- Bitki örtüyünün bol olduğu meşələr və kasıb olduğu səhraların yaranmasında hansı
amillərin rolu böyükdür?
- Yaşadığınız ərazidə bitki-heyvanat aləminin yayılmasında hansı təbii amillər rol
oynayır?
|
Təbii komponentlər
Yer üzərində istilik və rütubətin qeyri-bərabər paylanması
onlardan asılı olan digər komponentlərin də müxtəlifliyinə səbəb olur. Ayrı-ayrı
təbəqələrə aid olan hər bir təbii element təbii komponentlər adlanır. Onlara
relyef, süxurlar, temperatur, səth suları, torpaq, bitki örtüyü, heyvanlar aləmi aiddir.
Bütün təbii komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlar arasında sıx asılılıq
vardır. Ona görə birinin dəyişməsi digərlərinin də qısa vaxtda dəyişməsinə səbəb
olur. Müəyyən ərazidə komponentlərdən birinin aşağı səviyyədə və ya həddən artıq
seyrək olması digərlərinin də zəifləməsinə gətirib çıxarır. Bataqlıqların qurudulması
burada bitən və həddən artıq rütubət tələb edən bitkilərin məhvinə səbəb olur.
Həmin şəraitə uyğunlaşan heyvanlar ya məhv olur, ya da ərazidən miqrasiya edir,
torpaq örtüyü və yaxın ərazilərin iqlimi dəyişir.
|
|
Relyef |
Temperatur və
yağıntı |
Su |
|
Torpaq |
Bitki örtüyü |
Heyvanlar |
|
Təbii komponentlərin qarşılıqlı əlaqəsi
|
Təbii komponentlər
|
Fəaliyyət:
|
Təbii komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsini izah edin.
|