İNSANLARIN TƏBİƏTƏ TƏSİRİ VƏ BİOSFERİN
MÜHAFİZƏSİ
Yerdə təkcə canlılar üçün deyil, digər komponentlərin də mövcudluğu üçün əlverişli
şərait vardır. Ona görə milyon illər ərzində komponentlər tarazlı şəkildə qarşılıqlı əlaqədə
mövcuddur. Torpaq, bitki örtüyü və heyvanlar aləminin müxtəlifliyinə baxmayaraq,
insanların fəaliyyəti prosesində onlar dəyişilir, tarazlığı pozulur. Bir çox ərazilərdə bitki və
heyvan növləri məhv olur. Bu səbəbdən təbii mühitin və ona daxil olan komponentlərin
qorunması üçün tədbirlərin görülməsi vacibdir. Əks halda təbii komponentlər arasında
əlaqə pozulur, təbiət məhv olur və yaşayış üçün yararsız hala düşür.
|
|
Meşələrin qırılması |
Balıq tutulması |
Yol çəkilməsi |
Məişət tullantıları |
Səhralaşma |
Çirkab suları |
|
- Yaşadığınız ərazidə təbiətin hansı sahələri daha çox dəyişikliyə məruz qalmışdır?
- İnsanlar təbiəti hansı məqsədlər üçün dəyişməyə məcbur olur?
- Təbiəti qorumaq nə üçün vacibdir? Bu sahədə hansı işlərin görüldüyünü bilirsiniz?
|
İnsanların təbiətə təsiri istiqamətləri.
İnsanların sayının artması ilə maddi
nemətlərə tələbat çoxalır, mənimsənilən ərazilər genişlənir. Nəticədə daha çox su,
meşə, torpaq ehtiyatları, okean və dənizlərin bioloji ehtiyatları, ərzaq məhsullarının
istehsalı, faydalı qazıntıların çıxarılması, sənaye məhsullarının hazırlanması tələb
olunur. Belə vəziyyət isə təbiətdən istifadənin genişlənməsi ilə mümkün olur.
Məsələn, kənd təsərrüfatı ərzaq məhsullarının istehsalının əsasını təşkil edir. Bu
sahənin inkişafı üçün əkin sahələrini genişləndirmək tələb olunur. Bunun üçün
əlverişli olan ərazilər artıq çoxdan istifadəyə cəlb edilmişdir.
Əkin sahələrinin genişləndirilməsi üçün meşələr və kolluqlar qırılır, çayların
sahillərinə yaxın çəmənliklər istifadə edilir. Bəzi yerlərdə dağların yamaclarında
olan az meyilli ərazilər də əkin sahələrinə cəlb olunur. Eyni zamanda, təbii şəraiti
əlverişsiz olan isti və quraqlıq ərazilər (səhralar, yarımsəhralar, quru çöllər),
nisbətən soyuq rayonlar kənd təsərrüfatı əkinlərində istifadə olunur. Bunun üçün
təbii şəraitdən asılılığı az olan bitki növləri əkilir, istixanalar yaradılır. Nəticədə
kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, mineral gübrələr, suvarma
və ya bataqlıq ərazilərdə qurutma işləri tətbiq edilir. Ona görə təbiətin bu zonaları
qismən və ya tam olaraq dəyişdirilir.