Lazım olan avadanlıqlar: herbari yığmaq üçün avadanlıqlar.
Herbari yığmaq üçün zəruri avadanlıqları hazırlamaq lazımdır. 1) şəbəkəli herbari qovluğu; 2) ipli herbari qovluğu; 3) qazmaq üçün alət; 4) bitkilərin toplanması üçün kağız; 5) bitkilərin adının yazılması üçün kağız; 6) bıçaq; 7) pambıq.
Şəbəkli herbari qovluğu
|
İpli herbari qovluğu
|
Qazmaq üçün alət
|
Məqsəd: Yaşadığınız ərazidə bitki aləminin öyrənilməsi, bitki kolleksiyası toplanması.
Herbari üçün bitkilərin seçilməsi. Herbari toplamaq üçün bitkilər sağlam, bütöv və orta ölçülü olmalıdır. Bunun üçün, adətən, çiçəkləyən (toxumu olan) bitki növləri toplanır. Bir bitki növünə aid nümunələrin müxtəlif formasına və ya müxtəlif yaşda olmasına rast gəlinirsə, hər birinə aid nümunə toplamaq lazımdır. Bir çox bitki növlərinin nümunələrinin toplanması üçün onlara fərdi qaydada yanaşmaq lazımdır. Bitkilərin yazda, ilkin çiçəklənmə vaxtı və payızda yığılması mümkündür. Mamır və şibyə nümunələri ağacların qabığı ilə birlikdə toplanır.
Bitki nümunələrinin qovluğa yığılması. Bitki nümunələri toplandıqdan qısa müddət sonra qovluqlara yığılmalıdır. Ona görə ki, bitkilərin yarpaqları və budaqları sınır və yığılması çətinləşir. Bitkilərin torpaqda qalan hissəsini təmizləmək tələb olunur. Sonra bitkilərə herbari qovluğunda toplanacaq forma verilir. Bu zaman bitkilər kağız vərəqində elə yerləşdirilir ki, təbii halına oxşar olsun. Bitkilərin yarpaqlarının bir neçəsi əksinə qoyulur, üst-üstə qoyulmasına yol vermək olmaz.
Yarpaqlar və budaqlar bir vərəqə yerləşmirsə, onları iti bucaq altında əymək və vərəqin bütün ölçüsünə uyğun qoymaq tələb olunur. Çox iri bitki nümunələrinin xarakterik hissələrini vərəqlərdə yerləşdirmək olar. Tikanlı bitkilərin budaqları taxta lövhələr arasında sıxılır, sonra vərəqlərə qoyulur.
Şirəli budaqları və yarpaqları olan bitkiləri qaynar suya salmaq lazımdır ki, vərəqlərdə inkişaf edib çürüməsin. Bəzi şirəli-çiçəkli bitkiləri az müddət spirtdə saxlamaq olar.
Hər bitki yarpaqları ilə birlikdə qeydiyyata alınır. Burada bitkinin adı, yığılma vaxtı və tarixi, toplanma yeri, hansı növə və cinsə aid olması göstərilir. Mamır və şibyə üçün hansı bitkinin gövdəsindən yığılması, parazitlərin hansı bitkilərdə bitməsi qeyd olunur.
Bitkilərin qurudulması. Bitkilərin toplanması işi başa çatdıqdan sonra onlar ölçüsü 35 x 50 sm olan şəbəkəli herbari qovluğuna köçürülür. Bu iş mümkün qədər tez yerinə yetirilməlidir.