Siyasi xəritə dünya ölkələrinin yerləşməsini və digər ölkələrə görə mövqeyini müəyyən edir. Baş verən ictimai, siyasi, iqtisadi proseslər, xalqlar arasında olan münaqişələr, müharibələr daim mövcud olan dövlətlərin parçalanmasına, onların yerində yeni dövlətlərin meydana gəlməsinə səbəb olur. Ona görə də dünyanın siyasi xəritəsi davamlı olaraq dəyişilir. XX əsrin 60-cı illərində müstəmləkələrin dağılması, əsrin sonunda SSRİ və Yuqoslaviyanın parçalanması, iki alman dövlətinin birləşməsi mühüm dəyişikliklərə səbəb oldu. |
|
|
Siyasi xəritənin əsas obyekti müstəqil dövlətlər və asılı ərazilərdir. Dünyanın siyasi xəritəsinə nəzər salarkən görünür ki, materiklər müxtəlif ölçülərdə və formalarda olan hissələrə bölünmüşdür. Hər bir hissə müxtəlif rənglərlə bir-birindən ayrılır.