Cəmiyyətin inkişafının ayrı-ayrı mərhələlərində kiçik dövlətlərlə yanaşı, geniş əraziləri əhatə edən, böyük hərbi, iqtisadi potensiala malik olan ölkələr mövcud olmuşdur. Onlar ətrafda yerləşən ölkələr üçün daim təhlükə mənbəyi olmuş, əksər hallarda onları özünə tabe etdirmişlər. Bu ölkələrin əksəriyyəti Aralıq dənizinin sahillərində yerləşirdi, lakin müəyyən vaxtdan sonra bu dövlətlər parçalanmış, süquta uğramış, siyasi xəritədən silinmişdir. Hazırda mövcud olan ölkələrin əksəriyyəti XIX-XX əsrlərdə yaranmışdır. Ölkələrin bir çoxu müstəmləkədən azad olmuşdur. Ona görə iqtisadi inkişafında nailiyyətlər əldə edilməsində çətinliklər yaranır. |
|
B.Britaniya | Fransa | İspaniya | Portuqaliya | Niderland | Belçika | ABŞ |
|
Dünya dövlətləri inkişaf səviyyəsinə, dövlət quruluşuna, idarəetmə xüsusiyyətlərinə, inzibati-ərazi quruluşuna, əhalisinin sayına, ərazisinin böyük-kiçikliyinə görə fərqlənir. Ona görə bu göstəricilərə görə qruplaşdırılır.
Ölkələrin arasında Rusiya, Kanada, Çin, ABŞ, Braziliya və Avstraliya ərazisinə görə böyükdür. Onlar yerləşdiyi materiklərin xeyli hissəsini əhatə edir, Avstraliya isə bütün materikdə yerləşir. Çin, Hindistan, ABŞ, İndoneziya, Braziliya və Pakistan əhalisinin sayına görə irəlidə durur. Bu qruplara daxil olanlar nəhəng ölkələr adlanır.
|
|
||||
Əhalisinin sayına görə
qabaqcıl ölkələr, 2019
|
Əhalisinin sayı az olan ölkələr, 2019
|