Cəmiyyətin inkişafının ilkin mərhələsində olan qəbilə-tayfa birliklərinin daimi yaşayış yerləri olmamışdır. Onlar qida toplamaq və ov üçün daim yaşayış yerlərini dəyişməli olurdular. Əkinçiliyin meydana gəlməsi daimi yaşayış yerlərinin yaradılmasını tələb edirdi. Ona görə əkinçilik üçün əlverişli olan düzənlik yerlərdə, çaylara, göllərə yaxın kəndlər salınmışdır. İlkin dövlətlərin əmələ gəlməsi müdafiə üçün qalalar və divarların tikilməsini zəruri edirdi. Onlar şəhər məntəqələri kimi formalaşırdı. Sənətkarlıq sahələrinin inkişafı şəhərlərin yaranması ilə eyni vaxtda getmişdir. Müasir formada şəhərlərin yaranması XIX əsrdə sənayenin inkişafı dövründə başlanmışdır. |
|
Kənd
|
London şəhəri XIX əsrdə
|
Müasir şəhər
|
|
Əhalinin məskunlaşması təbii, tarixi, sosial-iqtisadi amillərdən asılıdır. Qədim dövrlərdə əhalinin əsas hissəsi yaşayış üçün əlverişli şəraiti olan ərazilərdə (isti və rütubətli iqlim, məhsuldar torpaqlar, şirin su mənbələrinə yaxın) yaşamışlar. Hazırda insanlar planetimizdə qeyri-bərabər yerləşir. Böyük ərazilərdə, demək olar ki, insanların yaşamadığı meşələr, səhralar, bataqlıqlar vardır. Belə ərazilərdə köçərilərin və ya ovçuların yaşadığı kiçik məskənlər olur.
Cənubi, Qərbi və Mərkəzi Avropada əlverişli şəraitin olması və uzun tarixi inkişafla əlaqədar əhali sıx yaşayır. Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada tarixən məskunlaşma və çəltikçiliyin inkişafı əhalinin sıx yerləşməsinə səbəb olmuşdur. Afrikada Nil çayının vadisi və Qvineya körfəzinin sahillərində, materikin cənub-şərqində, ABŞın şərqində, Cənubi Amerikanın sahil regionlarında və Cənub-Şərqi Avstraliyada əhali sıx yaşayır. |
Fəaliyyət:
|
Xəritəyə əsasən əhalinin yerləşməsini təhlil edin.
|