İnsanların hazırda məşğul olduğu sahələr cəmiyyətin bütün inkişafı dövründə formalaşmışdır. İlkin inkişaf dövründə yaranan kənd təsərrüfatı geniş ərazilərdə əhalinin qida məhsullarına olan tələbatını ödəyir, mədəni bitkilərin becərilməsinə xidmət edirdi. Cəmiyyətin əmək alətlərinə, geyim və gündəlik yaşayış vasitələrinə olan tələbatının ödənilməsi üçün sənətkarlıq yaranmışdır. Bu sahədə məhsul istehsalını sənayenin ilkin inkişaf mərhələsi hesab etmək olar. Sonrakı dövrlərdə ticarət genişlənmiş, XIX əsrdə nəqliyyat, XX əsrin ikinci yarısında xidmət sahələri inkişaf etmişdir. |
|
Kənd təsərrüfatı əkini
|
Sənaye obyekti
|
Nəqliyyat sahələri
|
Təhsil müəssisəsi
|
|
İnsan cəmiyyətinin yaranmasının ilkin mərhələsində əhali qruplar halında, qidalanma və qorunmaq üçün çox əlverişli olan sahələrdə yaşamışdır. Onlar qidalanmaq üçün təbiətin hazır məhsullarından istifadə edir, ovçuluq və balıqçılıqla məşğul olurdular. Cəmiyyətin inkişafı və məşğuliyyətinin bu dövrü yığıcılıq təsərrüfatı mərhələsi kimi qəbul olunur. İnsanlar sərt təbii şəraitdən, dağıntılardan qorunmaq üçün sığınacaqlar kimi mağaralardan istifadə edirdilər. Eyni zamanda, insanların sayının artması və onların tələbatının çoxalması yaşayış yerlərinin dəyişdirilməsini də tələb edirdi. Bu dövrdə insan birlikləri qəbilələr adlanırdı. Onları qohumluq əlaqələri birləşdirirdi. Müəyyən ərazilərdə insanlar özlərinə qida toplamaqla yanaşı, sadə alətlər, paltarlar hazırlayır, yaşayış yerləri qururdular. Bunun üçün onlar heyvan dərisindən istifadə edirdilər. Lakin bu dövrdə olan məşğuliyyət sahələrini təsərrüfat adlandırmaq olmazdı.
Bitki məhsullarının toplanması
|
Heyvanların ovlanması
|
Əmək alətlərinin hazırlanması
|