|
Dünyada ölkələrin sayı çox olsa da, onların təsərrüfat sahələrinin inkişafına görə oxşar əlamətləri də vardır. Təsərrüfat sahələrinin inkişafı üçün artıq bəzi ölkələrdə faydalı qazıntı ehtiyatları tükənmişdir. Ona görə lazım olan xammalları başqa ölkələrdən almaq lazım gəlir. Onlar emal olunur, hazır məhsullar istehsal edilir. Ona görə də az xammal tələb edən sahələrin yaradılmasına çalışırlar. Digər qrup ölkələrdə hazır məhsullar istehsal etmək üçün imkanlar məhduddur, texnologiya və kadrları yoxdur. Ona görə bu ölkələrdə faydalı qazıntıların hasilatı və kənd təsərrüfatı məhsullarının becərilməsi aparıcı yer tutur. Belə vəziyyət ölkələr arasında kəskin fərqlərin yaranmasına səbəb olur. |
İnkişaf etmiş şəhər
|
İxtisaslı kadrlara
əsaslanan məhsul
istehsalı
|
Kənd təsərrüfatında
əl əməyi
|
Kasıb ölkələrdə
şəhərətrafı zona
|
|
Müasir dövrdə dünya ölkələrində təsərrüfatın quruluşu və inkişaf səviyyəsində xeyli fərqlər var. Bu fərqlərin yaranması ölkələrin inkişaf səviyyəsindən, texnika və texnologiyanın yaradılma imkanlarından asılıdır. Ölkələr arasında fərqlərə ixtisaslı kadrların olması, faydalı qazıntılarla təminat da təsir göstərir.
Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası, İsrail kimi ölkələrin iqtisadiyyatında hazır məhsullar istehsal edilir. Bu məhsulların əsas hissəsi sənayenin payına düşür. Yüksək texnologiya ilə təmin edilən zavod və fabriklərdə avtomobillər, məişət və texnoloji avadanlıqlar, gəmilər, kompüterlər, təyyarələr, yüngül və yeyinti sənayesi məhsulları istehsal edilir. Lakin bu sahələrdə çalışan işçilərin sayı xeyli azdır. Avtomatlaşdırma və texnologiyanın yüksək səviyyədə tətbiqi fəhlə və mühəndislərə tələbatı aşağı salır. Eyni zamanda, onların hazırlığına yüksək tələb vardır. Hazır sənaye məhsulları yüksək qiymətləndirildiyinə və baha qiymətə satıldığına görə bu qrup ölkələr böyük həcmdə gəlirlər əldə edir.
Məhsul istehsalının ikinci mühüm sahəsi olan kənd təsərrüfatında da çalışanların sayı azdır. Lakin bu sahədə maşın və avadanlıqlar, texnika geniş tətbiq olunur.