Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir!.. Dahi Nizaminin bu misralarında Azərbaycanın şəhərlərindən biri təsvir olunur
|
|
Azərbaycan insanların qədimdən məskunlaşdığı ərazilərdən biridir. Onun ərazisində tarixən mövcud olmuş dövlətlərdə elmin, sənətin, təsərrüfatın inkişafına, ətraf ölkələrlə ticarət əlaqələrinin qurulmasına mühüm əhəmiyyət verilmişdir. Bunlar isə ölkənin və qonşuların daim öyrənilməsi ilə mümkün ola bilərdi.
Azərbaycan haqqında ilk yazılı məlumat verən qədim yunan alimi Strabon olmuşdur. Eramızın əvvəllərində yaşamış alimin “Coğrafiya” adlı kitabında Azərbaycanın təbiəti, təsərrüfatı və əhalisi haqqında yazılı məlumatlara rast gəlinir. Strabonun verdiyi məlumatlara görə Kür-Araz ovalığının məhsuldar torpaqlarından istifadə etmək üçün suvarma kanalları çəkilmişdir.
Eratosfenin xəritəsində Xəzər dənizi, Qafqaz dağları, Kür çayı təsvir olunur. K.Ptolomeyin xəritəsində isə bu obyektlərlə yanaşı, mövcud olan şəhərlər də göstərilir. Burada Xəzər dənizi qapalı
su hövzəsi kimi verildiyindən dəqiq xəritə
hesab oluna bilər.
Ərəb səyyahları və coğrafiyaşünaslarının əsərlərində də Azərbaycan ərazisi, əhalisi, təsərrüfatı və şəhərləri haqqında zəngin məlumatlar vardır. Nəsirəddin Tusi 1259-cu ildə İranın Marağa şəhərində rəsədxana qurmuşdur. Burada o, məlum olan məntəqələrin koordinatlarını müəyyən etmiş, astronomik hesablamalar aparmış, Yerin fırlanmasını sübut etmişdir. |
N.Tusi
|
XV əsrin 60-70-ci illərində rus taciri Afanasi Nikitin Rusiyadan Hindistana səyahəti zamanı Qafqazda olmuş, Bakı, Şamaxı və digər yaşayış məntəqələri haqqında məlumatlar toplamışdır. Onun “Üç dəniz arxasına səyahət” əsərinin əlyazmaları ölümündən sonra yoldaşları tərəfindən Moskvaya çatdırılmışdır. Orta əsrlərdə yaşamış coğrafiyaçı alimlər arasında Əbdürrəşid Bakuvinin (XIV əsrin sonu-XV əsrin əvvəli) də adını |
|