Yer haqqında biliklərin artması, onun ölçülərinin müəyyən edilməsi ilə eyni vaxtda, kağız üzərində yerin təsviri formaları da dəyişmişdir. Hazırda yer səthinin forma və ölçülərinin müəyyən edilməsi üçün onun dəqiq təsvirləri vardır. Bu təsvirlər, məqsədindən asılı olaraq, müxtəlif formalarda hazırlanır. Onlar insanların gündəlik fəaliyyətində geniş istifadə edilir, bir çox hallarda ərazidə görüləcək işlər onların üzərində planlaşdırılır. |
|
|
Yaşadığımız ərazinin hər hansı bir hissəsində təsərrüfat işləri aparmaq üçün onun əvvəlcədən öyrənilməsi lazım gəlir. Məsələn, yolların, elektrik xətlərinin və boru kəmərlərinin çəkilməsi, yaşayış məntəqələri üçün yeni ərazilərin seçilməsi, meşələrin salınması və bu kimi işlərin aparılması üçün həmin ərazilərin kağız (müstəvi) üzərində təsvirindən istifadə olunur. Ərazilərin istifadə edilməsinin məqsədindən, yerləşməsindən, görülən işlərin əhatə dairəsindən asılı olaraq, ərazinin müxtəlif formalarda təsviri hazırlana bilər.
İnsanlar müxtəlif vaxtlarda Yerin forma və ölçülərini öyrəndikcə onun daha dəqiq təsvir edilməsinə çalışmışlar. Hazırda Yer səthinin bir neçə təsviri üsullarından istifadə olunur.
Yer səthinin fotoşəkillərlə təsviri.
Bu təsvir
formasının hazırlanması üçün təyyarələrə və ya kosmik
gəmilərə xüsusi aparatlar quraşdırılır. Bu aparatların
köməyi ilə müəyyən məsafədən ərazinin fotoşəkilləri
çəkilir, sonra onlar birləşdirilir. Bu şəkillərə
əsasən dağların, düzənliklərin, bitki örtüyünün, su
hövzələrinin, yolların, yaşayış məntəqələrinin yerləşdiyi
ərazi müəyyən edilir.
|