|
Şəhərin kənarında yerləşən parkın yenidən qurulması üçün yerinə yetiriləcək işlər əvvəlcə kağız üzərində hazırlanır və buna ərazinin planı deyilir. Planda gəzinti sahələri, meşələr, kolluqlar, fəvvarələr, işıq dirəkləri, oturacaqların yeri şərti işarələrlə göstərilir. |
|
Kiçik ərazilərdən istifadə edilməsi, əkin sahələrinin genişləndirilməsi, kanalların və yolların çəkilməsi üçün plandan geniş istifadə olunur. Məhəllin planının köməyi ilə biz ərazi barədə olan məlumatları, yəni onun üzərində olan obyektlərin yerləşmə vəziyyətini, yollara, yaşayış məntəqələrinə görə mövqeyini, ərazinin relyefi və su obyektlərinin xarakterini öyrənə bilərik. Ərazinin planı sənaye sahələrini yerləşdirmək, kənd təsərrüfatı işlərini aparmaq, döyüş əməliyyatlarında uğur qazanmaq üçün istifadə olunur. Biz məhəllin planına baxdıqda görürük ki, bir və yüksək mərtəbəli binalar eyni cür təsvir olunub. Bu onunla izah edilir ki, məhəllin planında bütün obyektlərin ölçüləri səma üzərindən göründüyü kimi təsvir edilir. Plan kiçik bir ərazi üçün hazırlanır, onlara məktəb həyəti, futbol meydançası, kənd və onun ətrafı, əkin sahələri aid edilə bilər. Ərazinin plana alınması havadan və yer səthində aparılır.
|
Fəaliyyət:
|
Ərazinin planına əsasən müəyyən edin:
|