|
Biz axşamlar səmaya baxarkən çoxlu sayda ulduz görürük. Eyni zamanda, Ayı müxtəlif vəziyyətlərdə görmək olur. İnsanlar daim ulduzların Yerə nə qədər yaxın və ya uzaq olduğunu öyrənməyə çalışmışlar. Onlar Aya getməyin mümkünlüyünü düşünürdülər. Ona görə səma cisimləri haqqında çoxsaylı nağıllar, əfsanələr yaranmışdır. Səmadan Yer səthinə düşən nəhəng obyektlər insanlarda vahimələr yaradırdı. Ona görə bu hadisələrin səbəblərini, onların haradan gəldiyini bilmək daim maraq kəsb edirdi. |
|
İnsanlar daim səmaya uçmağı xəyal etmişlər. Onlar üçün daim maraqlı olurdu ki, görəsən səmanin ölçüsü nə qədər böyükdür? Əgər insan səmaya uçarsa, geri qayıda bilərmi? Bütün bu suallara cavablar sonrakı dövrlərdə yavaş-yavaş tapılırdı. İlkin orta əsrlərdə Ay ilə yanaşı, Günəş və ona yaxın olan bir neçə planet məlum olmuşdur. XVIII əsrdən sonra teleskop adlanan alətin yaradılması insanların səma cisimləri haqqında biliklərinin artmasına imkan verdi.
Bizim gördüyümüz Yer və onu əhatə edən səma maddi aləmin bir hissəsidir. Ona kainat və ya kosmos deyilir. Kainat əbədi olaraq mövcuddur, məkanca sonsuz və daim hərəkət edən maddi aləmdir. |
|