|
Dünyanın ayrı-ayrı yerlərində havanın isti və ya soyuq olması fərqli təbii şəraitin yaranmasına səbəb olur. Belə sahələrdə temperatur müxtəlif göstəricilərə malikdir. Temperaturun Yer səthində dəyişməsinə çoxlu sayda amillər təsir göstərir. Onlardan ən vacibi Yerin kürə şəklində olması, günəş şüalarının düşmə bucağının dəyişməsidir.
|
Günəş Yerdə istilik və işığın əsas mənbəyidir. Yer səthinə düşən istiliyin miqdarı ərazilər üzrə və ilin müxtəlif vaxtlarında qeyri-bərabər paylanır. Yerin qəbul etdiyi günəş istiliyinin miqdarı şüaların düşmə bucağından asılıdır. Buna Yerin kürə şəklində olması, ilin fəsilləri, buludluq, mütləq hündürlük və havanın şəffaflığı da təsir göstərir. |
Fəaliyyət:
|
Yer səthində havanın temperaturunun dəyişməsinə daha hansı təbii proseslər təsir
edir?
|