Birinci Qarabağ müharibəsinin dayandırılması üçün Qırğızıstanın paytaxtı Bişkekdə bağlanmış saziş Ermənistanla Azərbaycan arasındakı toqquşmaları dayandırsa da, təmas xəttində insan ölümlərinin qarşısını ala bilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, əslində, münaqişəni sona çatdırmalı və tərəflər arasında sülh danışıqlarından real sülhün əldə edilməsinə keçilməli idi. Ancaq tərəflərin bütün görüşləri hər zaman ermənilərin işğalçılıq niyyətlərinə görə baş tutmurdu. Danışıqlar zamanı əvvəlcə Azərbaycan tərəfinə ağır şərtli sülh maddələri qəbul etdirmək istəyirdilər. Azərbaycanın yeni hakimiyyəti isə qətiyyət göstərərək üstüörtülü və ya qapalı təzyiqlərin öhdəsindən gələ bildi. Kəsilməyən atəşAzərbaycandan fərqli olaraq Ermənistan tərəfi məqsədli sülhün əldə olunmasından daha çox münaqişənin davam etməsini istəyirdi. Mövcud vəziyyətin saxlanılması tərəfdarı olan ermənilər bu cəsarəti havadarlarından alırdı. Keçmiş SSRİ ərazisindəki münaqişələrin bir çoxunu "dondurulmuş" adlandı- |
rırdılar. Amma atəşkəs rejimi, az qala, hər gün pozulduğu üçün münaqişələrin yox, onların həlli yollarının dondurul- duğu açıq-aşkar görünürdü. Bu faktdan çıxış edib demək olardı ki, işğal vəziyyətinin saxlanmasında Ermənistanın və regionda nüfuz sahibi olan dövlətlərin maraqları kifayət qədər güclü idi. Əslində, atəşkəs təkcə müharibəni dayandırmağa yox, problemin həllini danışıqlar müstəvisinə yönəltməyə imkan yarada bilərdi.
Atəşkəsdən sonra yaranmış sabitlik regionda
beynəlxalq əhəmiyyətli böyük
enerji və infrastruktur layihələrini reallaşdırmağa
imkan verdi.
Bu, ilk növbədə, neft və qaz ehtiyatları
olan Azərbaycana, ardınca da enerji resurslarının
Qərbə nəqli prosesində iştirak
edən Türkiyə və Gürcüstana aid idi.
|