BMTTəhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan |
müxtəlif bəhanələrlə bu tələbləri yerinə yetirməkdən boyun qaçırırdı. Təəssüf ki, beynəlxalq qurumlar da bu qətnamələrin icrası üçün heç bir təzyiq göstərmirdi. Beləliklə, uzun sürən danışıqlar prosesi başlandı. |