QƏHRƏMANLAR |
V ətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Təbiəti və xarakteri baxımından humanist, sülhsevər Azərbaycan xalqı heç kəsin torpağına göz dikməmiş, öz doğma yurdunu, torpağını qorumuş, lazım gəldikdə canını bu yolda qurban verməkdən çəkinməmişdir. Qarabağın azadlığı uğrunda gedən savaşlar göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Şuşalı komandirAzərbaycan xalqının vətənpərvər və qəhrəman övladlarından biri Ramiz Bulud oğlu Qəmbərov olmuşdur. O, Vətənimizə qarşı erməni təcavüzünün başlandığı ilk gündən mübarizə meydanına atılmışdır. 1988-ci ildə Xalq hərəkatına qoşulan Ramiz doğma Şuşanın |
müdafiəsində iştirak etmək məqsədilə 1992-ci ildə könüllülərdən ibarət dəstə yaratmışdır.
Cəsur komandir öz dəstəsi ilə Şuşa
şəhərinin və ətraf kəndlərin müdafiəsində
mərdliklə vuruşmuşdur. 1992-ci
ilin aprelində ermənilər mövqelərimizə
böyük qüvvə ilə hücuma keçirlər. R. Qəmbərovun
başçılıq etdiyi dəstə düşmənə
qarşı qəhrəmancasına vuruşurdu. Bu
qeyri-bərabər döyüşdə igid komandir
ağır yaralandı və bir gün sonra aprelin
30-da şəhid oldu. Ölümündən sonra
ona Azərbaycanın Milli Qəhrəmanı
adı verilmişdir.
|