Oxucu hava və onun əsas elementləri olan havanın temperaturu, rütubəti və havanın təzyiqi haqqında biliklərə malik olacaq, onların kənd təsərrüfatında rolu və ölçülməsi qaydaları, hava proqnozu və hava prosesləri haqqında məlumat əldə edəcəklər. |
1.1. Hava və onun əsas elementləri
Hava-yer (troposfer) atmosferini təşkil edən fiziki qaz qurşağıdır. Başqa sözlə desək,
müəyyən
vaxtda troposferin aşağı qatlarının fiziki vəziyyətinə hava deyilir. Atmosferin 9/10 hissəsi
troposferdə yerləşir. Göründüyü kimi, canlı aləmə daha zəruri sayılan hava təbəqəsi, əsasən,
troposferdədir. Atmosfer havası - müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin
78,08%-i azot, 20,95%-i oksigen, 0,93%-i arqon, 0,03%-i karbon qazından ibarətdir. Qalan
qazların payına (hidrogen, neon, helium, metan, ksenon, radon və b.) təxminən 0,01% düşür,
ki,
bunların miqdarı dəyişkəndir. Karbon qazının miqdarı tənəffüs, yanma və bitkilərin qidalanma
proseslərindən asılıdır. Hava sənayedə müxtəlif proseslərdə istifadə edilən mühüm xammaldır.
Sənayenin, energetikanın və nəqliyyatın inkişafı havada karbon qazının və digər zərərli
qazların
miqdarının artmasına səbəb olur.
Havanın əsas elementləri dedikdə havanın temperaturu, rütubəti və təzyiqi başa düşülür. Havanın insan üçün optimal rütubəti 40-60%, temperaturu 18-20°C-dir. 1.1.1. Havanın temperaturu Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperaturdur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür (şəkil 1.1). Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd edilir. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Havanın temperaturu gün ərzində, habelə ay və il ərzində dəyişir. Havanın gündəlik temperaturu 3 saatdan bir təyin edilir, alınmış rəqəmlər cəmlənir və ölçmələrin Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperaturdur. |