Havanın təzyiqi civə sütununun hündürlüyünə görə təyin edilir. Barometrin şüşə borucuğuna nikellənmiş mis
boru geydirilmişdir. Mis borunun içərisində civənin səthinin müşahidə etmək üçün iki yarıq açılmışdır. Qabaq
yarığın bir tərəfində mis borucuğun üstündə gümüş suyuna çəkilmiş və bölgüləri olan şkala var. Mis borunun
bu hissəsinin içində halqa yerləşdirilib: onun qabaq boşluğuna, dişli çarx və başcığı olan dişli səttarə
vasitəsilə yuxarı və aşağıya hərəkət edən nonius keçirilmişdir. Başlıqdan aşağı, mis borunun orta hissəsində
termometr qoymaq üçün yer açılmışdır. Barometr divara möhkəm bərkidilir.
Atmosfer təzyiqi qanunauyğun olaraq, aşağıdan-yuxarıya doğru qalxdıqca azalmağa başlayır, orta hesabla hər
100 m yuxarıya qalxdıqca 10-11 mm azalır. Atmosfer təzyiqi yer kürəsinin səthində hər yerdə eyni deyil. Hava
xəritələrində təzyiqin yayılması izobarlarla işarə edilir. İqlim, yaxud hava xəritələrində atmosfer təzyiqi
bərabər olan nöqtələri birləşdirən xətt çəkilir ki, buna da izobar xətti deyilir. İzobar xətləri dünya,
yaxud müəyyən nöqtənin xəritəsində dəniz səviyyəsində atmosfer təzyiqinin paylanmasını göstərir.
Yüksəyə doğru qalxdıqca havanın sıxlığı və hava sütununun hündürlüyü azaldığına görə atmosfer təzyiqi də
azalır. Yüksəkliyə doğru atmosfer təzyiqinin 1 mm civə sütunu azalması üçün lazım olan hündürlük barik pillə
adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10 m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında
barik pillə artır və barik pillə 12 m, 15 m və daha böyük olur.
1.2.
Hava prosesləri (hadisələri
Hava hadisələri dedikdə - külək, yağıntı, günəş radiasiyası və s. başa düşülür. Havanın dəyişməsinə səbəb
günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin (rütubət, təzyiq,
temperatur) mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik
xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
1.2.1.
Atmosfer yağıntıları
Troposferdən yer səthinə maye və bərk halda tökülən su atmosfer yağıntıları və ya yağış adlanır. Havadakı su
buxarı havanın rütubətini əmələ gətirməklə yanaşı, müəyyən şəraitdə dəyişilərək yağıntıya çevrilir. Buludun
əmələ gəlməsi atmosferin müəyyən qatında su buxarının kondensasiyasını (qaz haldan maye hala keçmə) və
sublimasiyasının (qaz haldan birbaşa bərk hala keçmə) baş verməsi ilə əlaqədardır.
Bilavasitə buluddan tökülən - yağış, qar, dolu, havadan tökülənlər isə şeh, qırov, sırsıra hesab olunur.
Buxarın maye halına keçməsinə kondensasiya deyilir və bu proses bulud, duman, şeh, yağış əmələ gətirir.
Buludun yaranması üçün əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə qalan bərk maddələrdir. Bu bərk
hissəciklər su damlası üçün kondensasiya nüvəsi rolunu oynayır. Buludlar, əsasən, okean və dənizlərin
vasitəsilə əmələ gəlir. Külək vasitəsilə quru üzərinə gətirilir. Buludla örtülülük bal və ya faizlə müəyyən
edilir. Buludlar 3 tipə bölünür: topa, lələkvari, laylı buludlar.
Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları
xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür.