Spektrin bu hissəsi böyük enerjiyə malik olub,
canlı orqanizmlərə, əsasən, kimyəvi təsir göstərir.
Ultrabənövşəyi şüalar qismən hüceyrə sintezi
proseslərini stimullaşdırır. Ultrabənövşəyi şüalar
kənd təsərrüfatın heyvanlarının məhsuldarlığını
artırır. Bu şüaların təsiri altında orqanizmdə Ca və
P-un mübadiləsini tənzimləyən və bununla da skeletin
minimal böyümə və inkişafına şərait yaradan D
vitamini sintez olunur. D vitamininin böyüməkdə olan
cavan heyvanlar üçün əhəmiyyəti böyükdür. Odur ki,
yuvalarda doğulan məməlilərin çoxu müntəzəm olaraq
(çox vaxt səhər çağları) yuvanın yaxınlığında günəşlə
işıqlanan yerə aparılır. Tülkü və porsuqları buna misal
göstərmək olar. Bir çox quşlar da bu məqsədlə “günəş
vannası” qəbul edirlər. Ultrabənövşəyi şüaların təsiri
onun dozasından asılıdır: artıq şüalanma orqanizmə
mənfi təsir göstərir. Qısa dalğalı radiasiyaya
qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur.
Orqanizmlərin ultrabənövşəyi şüaların yüksək
dozasına qarşı uyğunlaşması nəticəsində bir çox
növlərdə bu şüaları udan tünd piqmentlər formalaşır.
İnsanda günəş altında yanma da (qaralma) bu
qəbildəndir. Ultrabənövşəyi radiasiya yer səthinə
çatan ümumi radiasiyanın təxminən 5-10%-ni təşkil
edir. İnfraqırmızı şüalar - spektrin görünən qırmızı
kənarından daha uzağa yayılan gözlə görünməyən
hissəsidir. İnfraqırmızı (IR və ya Infrared) şüalanma
- dalğa uzunluğu görünən işıqdan uzun, ancaq
mikrodalğalardan daha qısa olan elektromaqnit
dalğasıdır.
Həyat üçün infraqırmızı şüalar, fotosintez prosesi üçün isə çəhrayı-qırmızı və ul-trabənövşəyi şüalar daha böyük əhəmiyyətə malikdir. 1.2.4. Hava rejimi, hava proqnozu və sinoptik xəritə Hava rejimi - ekosistemdə atmosfer və onun qazlarının hərəkətli vəziyyətidir. Hava rejimi atmosferin çirkləndirilməsi nəticəsində güclü pozula bilər. Hava müəyyən bir ərazidə bəzən çox qısa müddət ərzində (bir gün, hətta bir neçə saat ərzində) bir neçə dəfə dəyişilə bilər ki, bununla da o, iqlimdən, yəni müəyyən ərazidə havanın çoxillik rejimində fərqlənmiş olur. |