|
Sərbəst iş üçün tapşırıqlar
|
1.
İqlim amillərinin sizə yaxın təsərrüfatlarda becərilən bitkilərin və bəslənən heyvanların inkişafına necə
təsir göstərməsinə nəzər salın, bitkilərdə və heyvanlarda baş verən dəyişiklikləri müşahidə edin.
2.
Yaşadığınız şəhər və ya rayonun iqlimi haqqında məlumatlar əldə edin və kənd təsərrüfatı üçün nə dərəcədə
yararlı olduğunu araşdırın.
3.
İqlim dəyişikliklərinin təsirindən əziyyət çəkən təsərrüfatlara səfər edin, iqlim dəyişikliklərinin
yaratdığı risklər və onlara qarşı qabaqlayıcı tədbirlər haqqında fermerlərin bilik və bacarıqlarından
faydalanın.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Müasir elektron cihaz (şəkil 2.6) vasitəsilə torpağın nəmliyini və temperaturunu təyin edin.
Fəaliyyət və
tapşırıqlar
|
Təlimat və tövsiyələr |
Təyin etmə üçün müəyyən hazırlıq işləri aparın. |
1. Elektron nəmlik ölçən cihazını götürün və işə hazırlayın.
2. Ölçmə üçün müəyyən torpaq sahəsi seçin.
|
Cihaz vasitəsilə torpağın temperaturunu və nəmliyini təyin edin. |
- Cihazın elektrodlarını (iki ədəd) bir-birindən 20 sm məsafədə olmaqla torpağın 15 sm
dərinliyinə qədər yerə sancın.
- İşə salma düyməsini basmaqla cihazı açın.
- Uyğun düymələrdən istifadə etməklə əvvəlcə torpağın temperaturunu, növbəti addımda isə
torpağın nəmliyini təyin edin.
|
Alınmış rəqəmləri təhlil edin. |
6.
Cihazın monitorunda yazılmış rəqəmləri dəftərdə qeyd edin.
7.
Torpağın temperaturunun və nəmliyinin əkiləcək bitki üçün nə dərəcədə əlverişli olduğunu təhlil
edin.
8.
Bu istiqamətdə qrup yoldaşlarınızla müzakirələr aparın.
|
Praktiki tapşırığı yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
-
Elektron nəmlik ölçən cihazı;
-
Qeydiyyat üçün kağız və qələm.