canlı aləmi ilə birlikdə (heyvanat aləmi, yosun, göbələk, bakteriyalar) torpaq;
tarlalar, aqrosenozlar; heyvanlar; təbii və yarımtəbii ekosistemlər (meşə, təbii yem
sahələri, su hövzəsi) və kənd təsərrüfatı ilə məşğul olan insanlar.
3.1. Ekoloji faktorlar (biotik və abiotik faktorlar
Bitkinin becərilməsi xarici mühitin iki qrup amili ilə müəyyən edilir:
1 .İqlim və torpağın elementlərinin daxil olduğu mühit şəraiti: havanın temperaturu,
günəşin işıqlandırması, yağıntılar, eləcə də torpağın fiziki və kimyəvi xüsusiyyətləri.
2 .Bitkiyə və torpağa təsir edən sistemlər: torpağın becərilmə sistemi, gübrələrin
verilməsi, bitkilərə verilən qida sahəsi, budama, və s. İkinci qrup amillər bitkinin iqlim
şəraiti və bioloji xüsusiyyətləri ilə əlaqədardır.
Bitki orqanizminə əhəmiyyətli dərəcədə təsir göstərən mühit elementlərinə havanın və
torpağın temperaturu, torpaqda və havada olan su (nəmlik), havanın hərəkəti, tüstü
qazları, qrunt sularının duzluluğu, təbii və süni radiasiya daxildir.
Mənşə və fəaliyyət xarakterinə görə bitkilərə təsir edən ekoloji amillər abiotik (qeyri-üzvi
və cansız mühit ) və biotik (canlı orqanizmlərin təsiri ilə bağlı olan) amillərə
bölünür (şəkil 3.2).
Şəkil 3.2. Ekoloji amillər (biotik və abiotik) və onların bitkiyə
təsiri