|
Sərbəst iş üçün tapşırıqlar
|
1.
Ətraf mühitə nəzər salın, burada baş verən ekoloji problemləri (torpaq eroziyası, otlaqlarda seyrəkləşmə,
meşə yanğınları, torpaq sürüşmələri, şoranlaşma və s.) müşahidə edin.
2.
Əldə etdiyiniz məlumatları ümumiləşdirin və təhlil edin.
3.
Öz məntiqi təfəkkürünüzdən və ədəbiyyat məlumatlarından istifadə etməklə müşahidə etdiyiniz ekoloji
problemlərin hər birinin səbəblərini araşdırın.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Ətrafınızda olan bitki aləmini seyr edin, müəyyən müşahidələr apararaq onlara təsir edən ekoloji faktorları
müəyyənləşdirin.
Fəaliyyət və
tapşırıqlar
|
Təlimat və tövsiyələr
|
Müəyyən bir bitki nümunəsi götürün. |
- Ətrafda olan bitki aləmini müşahidə edin.
- Əsasən, ekoloji faktorların təsirinə uğramış (yarpaq və gövdəsində saralmalar olan,
qurumuş orqanlar və s.) bitki seçin və ondan nümunələr götürün.
|
Bitkinin üzərində müəyyən müşahidələr aparın. |
- Bitkinin yarpaq və gövdəsində baş vermiş qurumalar, saralmalar və digər əlamətləri
müşahidə edin.
- Həmin əlamətlərin biotik (xəstəlik və zərərveri-cilərin təsiri ilə yarpaqda ləkə və
quruma sərhədsiz olub, yarpağın hər yerində nöqtələr və həlqəvi şəkildə yayılır) və ya
abiotik amillərin (iqlim amillərinin və ya qida çatışmazlığının təsiri ilə yarpaqda ləkə
və quruma müəyyən sərhəd təşkil edir və ləkələr yarpaq kənarından içəriyə doğru
formalaşır) təsirindən formalaşmasını dəqiqləşdirin.
|
Əldə olunan nəticələri təhlil
edin.
|
- Bitkiyə təsir göstərən biotik və ya abiotik amilləri qruplaşdırın.
- Bitkiyə təsir edən biotik amilləri sadalayın və onların baş vermə səbəblərini təhlil
edin.
- Bitkiyə təsir edən abiotik amilləri sadalayın və onların baş vermə səbəblərini təhlil
edin.
- Əldə olunan nəticələri qrup yoldaşlarınızla müzakirə edin.
|