Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
1)
(.........) Ekologiya ərəb sözü olub
“oykos” - meşə, “loqos” - elm, təlim deməkdir.
2)
(.........) Mənşə və fəaliyyət
xarakterinə görə bitkilərə təsir edən ekoloji amillər abiotik və biotik amillərə bölünür.
3)
(.........) Ekologiya canlı
orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə onların məskunlaşdığı mühitin qarşılıqlı
təsirlərini öyrənən elmdir.
4)
(.........) Aqroekosistemin tərkibinə
daxildir: yüngül və əlvan metallurgiya, zavod, fabrik, şəhər salma və s.
5)
(.........) Qanunauyğun qarşılıqlı
münasibətlərdə
olan canlı orqanizmlər və onların mövcudluq şəraitinin maddələr dövranı baş verə bilən məcmusuna ekoloji sistem və ya ekosistem deyilir. Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun: 6) ........................ amillər qrupuna daxildir: qeyri-üzvi və cansız mühiti təşkil edən iqlim (işıq, temperatur, nəmlik, atmosfer yağıntıları) və torpaq ( torpağın mexaniki və kimyəvi tərkibi, fiziki xüsusiyyətləri vəs.) amilləri. |
7)
......................... amillər qrupuna daxildir: canlı orqanizmlərin təsiri ilə bağlı
olan
fitogen (birgə yaşayan bitkilərin mexaniki əlaqə, simbioz, parazit xarakterli təsiri) və
zoogen
(heyvanların, xəstəlik və zərərverici orqanizmlərin təsiri və onların bitkiləri zədələməsi)
amillər.
8) Təbiətdə olan canlı orqanizmlərin növ tərkibinin, onların sayının, məhsuldarlığının, yayılmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı .................... .......... tarazlıq adlanır. 9) Təbii komplekslərin bir-biri ilə qarşılıqlı əlaqəsi ilə dinamiki stabilliyin (sabitlik) qorunması ......................... tarazlıq adlanır. 10) Orqanizmlərin müxtəlifliyi, onların genetik fərqləri, həmçinin orqanizmlərin yaşadıqları qruplaşmaların, ekosistemlərin və landşaftların müxtəliflikləri ......................... müxtəlifliyi təşkil edir. |