Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Ətrafınızdakı aqrolandşaftda yayılmış indikator bitkilərdən nümunələr toplayın | 1. Əkin sahələrinə və təbii ərazilərə nəzər yetirin.
2. Burada yayılmış indikator bitkilərdən nümunə toplayın. |
Bitkiləri yayıldığı əraziyə uyğun qruplaşdırın. | 3. Hər bir sahəni ayrı-ayrılıqda qeyd edin və müəyyən
fotoşəkillər çəkin.
4. Topladığınız bitkiləri həmin sahələr üzrə qruplaşdırın və hər birinin fotoşəkillərini çəkin. |
İndikator bitkilərə görə həmin torpaq-iqlim şəraitinin əsas xüsusiyyətlərini müəyyən edin. | 5. Ədəbiyyat və internet məlumatlarından istifadə edərək
topladığınız indikator bitkiləri dəqiqləşdirin.
6. Bitkilər üçün xarakterik olan şərait və onların əsas indikator
göstəricilərini müəyyənləşdirin.
7. Seçdiyinz ərazinin həmin bitkilərə görə torpaq-iqlim şəraitinin xüsusiyyətlərini müəyyənləşdirin və ayrı-ayrılıqda qeyd edin. |
Əldə olunan nəticələri təhlil edin. | 8. Əldə olunan nəticələri qruplaşdırın və təhlil edin.
9. Təqdimat xarakterli qısa bir məruzə hazırlayın və nəticələrinizi qrup yoldaşlarınızla müzakirə edin. |