növbəli əkinlərin həyata keçirilməsi və bu növbəli
əkinlərdə düzgün torpaq becərmə sistemlərinin
tətbiqi, torpaqların aqromeliorativ vəziyyətinin
yaxşılaşdırılması və quraqlıq və səhralaşmaya qarşı
mübarizə, eroziyanın qarşısının alınması, torpaqların
gübrələnməsində, xəstəlik və zərərvericilərə, o
cümlədən alaqlara qarşı mübarizədə daha çox bioloji
və üzvü əkinçilik sistemlərinə yer verilməsidir.
5.2.1. Növbəli əkinlər və onların əhəmiyyəti Bu gün mövcud olan fermer təsərrüfatları üçün torpaqların münbitliyinin qorunması və bərpası, o cümlədən torpaqdan səmərəli istifadə olunması məqsədilə yeni növbəli əkin dövriyyələri və bu növbəli əkinlərə xas olan torpaq becərmələri işlənib hazırlanmalıdır. Növbəli əkinlər torpaqdan səmərəli istifadə olunmasında, onun mühafizəsində, münbitliyinin bərpası və yaxşılaşdırılmasında, texniki çirklənmədən və dağılmadan korlanmış torpaqların rekultivasiyasında, o cümlədən təbii mühitin qorunub saxlan-masında əvəzsiz rol oynayır. Əbəs yerə deyildir ki, növbəli əkini torpağın sanitarı və münbitlik fabriki adlandırırlar. Təsərrüfatın gələcək inkişaf planına və əkin sahələrinin quruluşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin növbələşməsinə və torpağın buna uyğun becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin sistemi deyilir. Hər hansı tarlada əvvəlki ildə istifadə edilən bitki və ya herik, sonra əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran əsas vəzifə torpağın münbitliyinin artırılmasını təmin etməkdən ibarətdir. Hər bir növbəli əkin müəyyən sayda tarlalardan təşkil olunur (şəkil 5.4). Nəzərdə tutulmuş bitkilərin növbəli əkin tarlalarında yerləşdirilməsi, növbəli əkin sxemi adlanır Hər bir bitki növbəli əkinin bütün tarlalarında növbə ilə əkilib, öz əvvəlki yerinə qayıdan dövrə rotasiya deyilir. Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya cədvəli adlanır. Rotasiya cədvəlinin köməyi ilə növbəli əkin dövriyyəsində istifadə edilən hər bir bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini müəyyən etmək olur. Məsələn, üçtarlalı |