Şəkil 5.5. Torpağın becərilməsi
Torpağın becərilməsi ümumi qaydada və xüsusi məqsədlər üçün aparıla bilər. Ümumi
qayda ilə torpağın becərilməsinə şumlama, yumşaltma, üzləmə, malalama, kultivasiya,
tapanlama və s. daxil olmaqla, burada becərməyə aid əsas vəzifələr həyata keçirilir
(şəkil 5.5).
Torpağın xüsusi becərmə qaydasına isə xüsusi məsələləri həll etmək üçün aparılan
becərmələr; iki-laylı və üçlaylı şum, ön kotancıqlı kotanla plantaj şumu, diskli kotanla
şumlama, torpaqdərinləşdirici ilə birlikdə plantaj şumu və s. daxildir.
Bu gün dünya əkinçilik sistemində torpağın münbitliyinin qorunmasına yönəlmiş
torpaq becərmə sistemləri tətbiq olunur. Onlara torpağın minimal və sıfır becərilməsi
daxildir. Ənənəvi torpaq becərmələri, əsasən, torpağın laydırlı şumlanması üsuluna
əsaslanır. Belə ki, əvvəlcə kövşən üzlənir, torpaq payızda və yazda laydırlı şumlanır,
bitki və kök qalıqları torpağa dərin basdırılır. Yazlıq bitkilərin əkini üçün torpaq şumdan
sonra hamarlanır və səpinə qədər kultivasiya və diskli mala aparılır. Payızlıq əkinlərdə
isə payızda şumdan sonra torpaq dərhal malalanır və səpin aparılır. Ənənəvi torpaq
becərmələrinin (laydırlı şum) əsas çatışmazlıqları ondadır ki, şum zamanı torpağın
kəltənlik dərəcəsi artır və torpaq səthindən daha çox su buxarlanır, yanacaq sərfi yüksəlir,
torpağın külək və su eroziyasına uğraması təhlükəsi artır, torpaqdakı mikroorqanizmləri
və digər torpaq heyvanlarını, qurdları məhv edir. Bu cəhətdən dünya sıfır və minimal
torpaq becərmələrinə keçir. Torpağın minimal becərmə sistemində məhsul yığılan kimi
sahədə dayaz üzləmə (diskli və ya kultivasiya) aparılır, sonra isə səpin həyata keçirilir.
Sıfır becərmə sistemində isə sahə herbsidlər vasitəsilə alaqdan təmizlənir və səpin heç
bir becərmə aparılmamış torpağa və ya birbaşa kövşənliyə aparılır (şəkil 5.6).
Yeni becərmə sisteminin əsas üstünlükləri bunlardır: enerji (yanacaq) sərfi azalır,
torpağın külək və su eroziyasının qarşısı alınır, torpağın nəmlik ehtiyatı qorunub