Qiymətləndirmə ölçüsü 1. Müxtəlif sahələrdən torpaq nümunələri götürdünüzmü? 2. Müvafiq göstəricilərə görə torpaqların münbitliyini təyin etdinizmi? 3. Hər bir göstərici üzrə nəticələri qeyd etdinizmi? 4. Əldə olunan nəticələri müqayisə etdinizmi? |
|
Təlim nəticələrinin
qiymətləndirilməsi Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin: 1) (............)Torpağın daimi münbitliyi davamlı kənd təsərrüfatının əsasıdır. 2) (............)Qeyri-münbit torpaqlar strukturalı olur. 3) (............) Torpaq makro orqanizmlərinə bakteriyalar, göbələklər aid edilir. 4) (............) Torpaq biotasının tərkib hissəsi cansız orqanizmlərdən ibarətdir. 5) (............)Torpağın münbitliyi onun bitkiləri lazım olan miqdarda qida elementləri, su və hava ilə təmin etmək qabiliyyətinə deyilir. |
Aşağıda verilmiş cümlələrdə
boşluqları doldurun:
6) Torpağın mexaniki elementlərinin (qum, gil və s.) bir-birinə birləşərək aqreqat əmələ gətirmək qabiliyyətinə onun .................................... deyilir. 7) Təsərrüfatın gələcək inkişaf planına və əkin sahələrinin quruluşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin növbələşməsinə və torpağın buna uyğun becərilməsi və gübrələnməsi sisteminə ........................... əkin sistemi deyilir. 8) Hər bir bitki növbəli əkinin bütün tarlalarında növbə ilə əkilib, öz əvvəlki yerinə qayıdan dövrə ........................ deyilir. 9) Torpağın becərilməsi, istifadə olunan maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi ............................... təsirdən ibarətdir. |