Praktiki tapşırıqlar və fəaliyyətlər
Laboratoriya şəraitində bitki nümunələri üzərində qida çatışmazlığının əlamətlərini nəzərdən keçirin, qeydlər aparın və əyani olaraq müşahidə etdiyiniz nəticələri ədəbiyyat məlumatları ilə müqayisə edin.
Fəaliyyət və tapşırıqlar | Təlimat və tövsiyələr |
Bir neçə xarakterik bitki nümunələri götürün |
1. Mövsümə uyğun kənd təsərrüfatı bitkilərindən hər hansı birini seçin. 2. Əsasən, qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və meyvə nümunələri götürün. |
Qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərin xarakterik yarpaq, zoğ, gövdə və meyvələrini nəzərdən keçirin və qeydlər aparın. |
3. Fotoaparat vasitəsilə üzərində qida çatışmazlığının əlamətləri əks olunan yarpağın, zoğun, gövdənin və meyvənin şəkilini çəkin. 4. Hər bir şəkili sizə uyğun ofis proqramları (microsoft word və ya power point) üzrə bir faylda yerləşdirin, şəkilin təsvirini verin 5. Hər bir qida elementinin bitki nümunələrində rast gəlinən əlamətlərini ayrı-ayrılıqda qeyd edin. |
Əyani olaraq müşahidə etdiyiniz nəticələri ədəbiyyat məlumatları ilə müqayisə edin. |
6. Uyğun ədəbiyyatları (həmçinin cari moduldan da istifadə etməklə) və internet məlumatlarını araşdırın və məlumatları toplayın. 7. Hər bir element üzrə bitkidə müşahidə etdiyiniz qida çatışmazlıqlarının əlamətlərini və verdiyiniz təsvirləri uyğun ədəbiyyat məlumatları ilə müqayisə edin. 8. Nəticələrin düzgünlüyünü yoxlayın, yanlış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və doğru təsvir verin. |
Praktiki tapşırığı yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- Qida çatışmazlığının əlamətləri müşahidə olunan bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və meyvə nümunələri;