Onda: B= 150 kq azot (N); T = 18 kq azot (N); B= 50 kq fosfor (P2O5); T= 7.2 kq fosfor (P2O5)
B=150 kq kalium (K2O); T=26 kq kalium (K2O); Ktor =15% N; Ktor = 10% P2O5 ; Ktor =12% K2O; Kgüb= 60% N; Kgüb= 25% P2O5; Kgüb=70% K2O;
Hesablama:
Təsiredici maddə hesabı ilə təyin olunmuş gübrə normaları yuxarıdakı qaydada (kartofun gübrə normalarının hesabatı nümunəsi) uyğun gübrələr üzrə fiziki çəkidə hesablanır. Əgər biz təsiredici maddə hesabı ilə təyin olunmuş gübrə normaları əsasında ammonium nitrat (34%), ikiqat superfosfat (48%) və kalium sulfat (48%) gübrələrindən istifadə etmiş olsaq, onda həmin gübrələrin fiziki çəkidə tələb olunan miqdarı aşağıdakı kimi hesablanır:
3.3. Mineral gübrələrin istifadəsinə qoyulan ekoloji tələblər
Bu gün mineral gübrələrə üstünlük verən və bu vasitələrdən istifadə edən torpaq istifadəçiləri az deyil. Lakin mineral gübrələr kor-koranə, tələb olunan normadan artıq tətbiq edilərsə, bu bir sıra aqroekoloji və sanitar-gigiyenik problemlər yaradır.
Normadan artıq gübrələmə apardıqda mineral gübrələrin torpaqda qalıq təsiri hesabına torpağın bioloji, aqrokimyəvi və aqrofiziki münbitlik göstəriciləri pisləşir. Bundan başqa, torpaqda qalan mineral gübrələr biokimyəvi proseslər nəticəsində miqrasiyaya uğrayır, atmosferi və hidrosferi çirkləndirir. Bu isə ümumilikdə ekosistemdə ekoloji problemlərin yaranmasına gətirib çıxarır. Həmçinin torpağa verilən mineral gübrələrin bitkilərin tərkibində qalıq təsiri nəticəsində məhsulun keyfiyyəti pisləşir. Nəticədə, sanitar-gigiyenik normalara cavab verməyən, ekoloji cəhətdən çirkli məhsullar istehsal olunur. Bu da insanların və kənd təsərrüfatı heyvanlarının sağlamlığına mənfi təsir göstərir.