Praktiki tapşırıqlar və fəaliyyətlər
Azot, fosfor və kaliumdan ibarət yemləmə gübrəsi hazırlayın və onların bitkilərə təsirini müşahidə edin.
Fəaliyyət və tapşırıqlar | Təlimat və tövsiyələr |
Sizə uyğun bir mürəkkəb mineral gübrə seçin və maye gübrə şəklində hazırlayın. |
1. NPK tərkibli mürəkkəb mineral gübrə (Nitrofoska= N16%,P16%, K16%) götürün. 2. Həmin gübrədən 40-50 qram 10 litr suya tökün, qarışdırın və maye gübrənin həll olması üçün onu 1 sutka saxlayın. |
Hazır maye mineral gübrəni bitkilərə kökdən yemləmə şəkilində verin. |
3. Sizin üçün əlçatan bitkilər seçin. Bunun üçün vegetasiya qablarında və ya dibçəklərdə əkilmiş bitkilər daha məqsədəuyğundur. 4. Eyni şəraitdə və eyni boyda olan bitkiləri götürün və hazırladığınız maye mineral gübrə ilə bitkiləri gübrələyin. 5. Bitkilərdən birinə maye mineral gübrə (hazır məhluldan 200-250 ml=1 stəkan kökdən sulama), digərinə gübrəsiz adi su (200-250 ml=1 stəkan kökdən sulama) verin. |
Mineral gübrənin bitkiyə təsirini müşahidə edin və qeydlər aparın. |
6. Gübrə tətbiq olunduqdan sonra uyğun müddətlərdə müşahidələr aparın və bitkinin inkişafı, boyu, yarpaqların rəngi, zoğların qalınlığı, çiçəklərin, meyvələrin sayı və s. göstəricilərə diqqət yetirin. 7. Gübrəli və gübrəsiz variantlar üzrə bitkidə müşahidə etdiyiniz hər bir dəyişiklikləri ayrı- ayrılıqda qeyd edin. 8. Əldə olunan nəticələri müqayisə edin. |
Praktiki tapşırığı yerinə yetirmək üçün yoxlama sualları:
İstifadə edilməli resurslar:
- Mineral gübrə, adi su, nümunə hazırlanacaq qablar, ölçü qaşığı;
- Elektron tərəzi;
- Vegetasiya qablarında və ya dibçəklərdə əkilmiş bitki nümunələri;