1. Sol qulaqcıq
2. Sağ qulaqcıq 3. Sol atrioventrikulyar klapan 4. Sol mədəcik 5. Sağ əmcəkşəkilli əzələnin izi 6. Aortanın ayparaşəkilli klapanı 7. Ağciyər venaları 8. Kaudal boş vena 9. Kronial boş vena 10. Tac sinusu 11. Sol tək vena 12. Aorta |
13. Çiyin-baş stvolu
14. Sağ qulaqcıq 15. Sağ qulaqcıq 16. Sağ atrioventrikulyar klapan 17. Sağ mədəcik 18. Kronial əmcəkşəkilli əzələnin izi 19. Sağ və sol ağciyər arteriyaları 20 . Sağ mədəciyin tili 21. Sol mədəciyin tili |
2.4.2 Ürək əzələlərinin xüsusiyyətləri
Ürək əzələsinin əsas xüsusiyyətləri aşağıdakılardır: həyəcanlanma, keçiricilik, yığılma və avtomatiklik Bu xüsusiyyətlərin hər biri müəyyən funksiya icrasıdır. ► Həyəcanlanma - miokardın kimyəvi, termiki, elektrik və s. təsirlər nəticəsində həyəcanlanma vəziyyətinə gəlməsidir. ► Ürək əzələsinin keçiriciliyi çox yüksəkdir və işçi miokardda və ürəyin keçirici sistemində hüceyrələrarası əlaqənin xüsusi quruluşu hesabına tənzimlənir. ► Ürək əzələsinin yığılma qabiliyyəti skelet əzələsindən fərqlidir. Miokard həyəcanlanma qüvvəsi və reaksiyanın kəmiyyətini aşkar etmir. Həyəcanlanma giriş səviyyəsinə çatanda maksimal yığılma baş verir. Ürək əzələsinin yığılma qabiliyyəti onun liflərinin xüsusiyyəti və sarkomerin uzunluğu və gərilməsi əlaqəsindən asılıdır. |