Nəticə | Laktasiya vəziyyəti | Süd vermə, günlər |
Buzovlar | başlanğıcda | 0 |
Mayalanma | erkən | 50-60 gündən etibarən |
Boğazlığa nəzarət | Orta | 90-100 gündən etibarən |
Xüsusi nəticə yoxdur | Gec | 180-305 günə qədər |
Qurutma dövrü | Son | Sonuncu sağım günü |
Qiymətləndirmə zamanı təsərrüfat tərəfindən şişirdilmiş qeyri-düzgün məlumatlar verilərkən çətinliklər yarana bilər. 1.2. Südlük inək tövlələrində şəraitin qiymətləndirilməsiHeyvanların saxlanma sistemlərini bir-birindən ayırmaq üçün iki əsas kriteriya var: 1) Tövlə yeri; 2) Sərbəst hərəkət məkanı. Bordaq tövləsində inəklər müxtəlif bağlanma mexanizmləri ilə sabit bir yerə bağlanır. Yemləmə, sağım və peyinin təmizlənməsi kimi digər təsərrüfat fəaliyyətləri də həmin ərazidə aparılır. Bu tövlələrdə heyvanların saxlanması sağlamlıq cəhətdən düzgün normaya uyğun gəlmədiyindən müasir tövlələrdə sərbəst hərəkət üçün südlük inəklərin açıq şəkildə saxlanması daha geniş yayılmış üsuldur. Bu cür tövlələrdə heyvanlar sərbəst hərəkət edə bilir və yem qəbul edirlər. Müasir tövlələrdə həm sərbəst gəzinti yeri, həm də heyvanların yatması üçün nəzərdə tutulmuş ərazi eyni yerdə olur, yəni burada heyvanlar istənilən zaman dincəlir və acdıqda ayağa qalxıb yem yemək imkanı əldə edirlər. Heyvanların tövlədə ayaq üstə uzun müddət dayanması və yatmadığı müşahidə olunursa, yatmaq üçün nəzərdə tutulmuş ərazinin tələblərə cavab verməməsi qənaətinə gəlmək olar. |