Tövlənin təchizatı | Yaş (aylar) | ||
3-9 | 9-18 | 18-24 | |
Yerə olan tələbat | 2-3 m2 | 3-4 m2 | 4-4,5 m2 |
Yatma üçün boksların eni | 0,70 m | 0,85 m | 1,05 m |
Yatma üçün boksların uzunluğu | 1,50 m | 2,00 m | 2,20 m |
Kənar qoltuqların ara məsafəsi | 0,90-1,10 m | 1,15-1,25 m | 1,40 m |
Kənar qoltuqların hündürlüyü | 0,55 m | 0,70 m | 0,80 m |
Yemləmə barmaqlığının hündürlüyü | 0,80 m | 0,90 m | 1,00 m |
Yem qəbulu yerinin eni | 0,50 m | 0,55 m | 0,65 m |
1.4. Buzovların saxlanması
Buzovların səmərəli saxlanması və yetişdirilməsində ən vacib məsələ buzov saxlanan yerlərin inək tövləsindən ayrılmasından ibarətdir. Yeni doğulmuş buzovlarda aşağıdakılara diqqət yetirmək lazımdır: • Buzovu yaxşı təmizlənmiş və quru samanla döşənmiş yerdə yerləşdirmək; • Yeni doğulmuş buzova daimi olaraq yüksək gigiyenik şəraitdə baxmaq; • İlk 3 saat ərzində ağız südünün verilməsi, sonrakı dövrlərdə təyin edilmiş vaxtlarda gündəlik 2-4 litr norma ilə südlə bəslənməsi; • Buzovun saxlanacağı yeri azı bir həftə əvvəldən dezinfeksiya etmək. Doğumdan sonra ilk iki həftə buzovun tək saxlanması məsləhət görülür. Bu zaman yeni doğulmuş buzovun anadan ayrı saxlanılmasına nail olunur. Üçüncü həftədən etibarən buzovlar qrup şəklində saxlana bilər. Səkkiz həftədən sonra buzovlar tövlədə bərabər paylanmalıdır. İqlim vəziyyətindən asılı olaraq, buzovları açıq, yaxud bağlı tövlə şəraitində saxlayarkən |