Buzovların saxlandığı boksları
nəzərdən keçirin.
|
- İş paltarını geyinin.
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Buzovların vəziyyətini yoxlayın, əgər onların
vəziyyətində narahatlıq varsa, dərhal baytar
həkimini məlumatlandırın.
- Su və yem qablarının təmizliyini yoxlayın, əgər
təmiz deyilsə, həmin qabları təmizləyib, təyin
olunmuş miqdarda doldurub, yenidən yerinə
qoyun.
- Buzovun saxlandığı yerin təmizliyini, quruluğunu
yoxlayın. Təmiz deyilsə, həmin yeri təmizləyin,
sonra saman, yaxud kəpək səpin.
- Buzovlara süd verərkən yaşına görə hər başa
südün təyin olunmuş miqdarını verin, südün
istiliyi xüsusilə qış aylarında optimal olmalıdır.
|
Düyələrin saxlandığı yeri
və düyələrin vəziyyətini
müşahidə edin.
|
- Tövləyə girməzdən qabaq ayaqqabılarınızı
dezinfeksiya vannasına salın.
- Düyələrin yem axuruna diqqət yetirin, əgər
qabağında yem yoxdursa, yemi düyələrin
qabağına itələyin.
- Düyələrin dırnağına və yelininə baxın. Əgər
heyvan axsayırsa, yaxud dırnağında yaralanma
görmüsünüzsə, dərhal həkimi, yaxud feldşeri
məlumatlandırın.
- Heyvan yıxılmışdırsa, onu həkimin yardımı ilə
qaldırın.
- Düyənin yatdığı yerin peyinini çəkərək sərbəst
gəzmə sahəsi yaradın və yerinə quru kəpək,
yaxud saman səpin.
|