Sürüdə ana qoyunları və
quzuları ayırın.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə sürünü bağlı bir yerə salın və qapını
örtün.
- Səs salmadan, astadan sürüyə girin, heyvanları
qorxutmaq olmaz, bu, onların qaçmasına və
sürüdə özlərinə zərər yetirməsinə səbəb ola bilər.
Həmçinin qorxu məhsuldarlığın azalmasına
səbəb olur.
- Balaları ehtiyatla tutub yerinə salın.
- Balaları analardan ayırdıqdan sonra sürünü
yenidən öz yerinə apara bilərsiniz.
|
Sürüdə xəstələri və axsaqları
sağlamlardan ayırın.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Bunu baytar həkiminin nəzarəti ilə edin.
- Sakit və ehtiyatla sürüyə daxil olun, diqqətlə
sürünü gözdən keçirin, heyvan axsayırsa,
yelinində zədə varsa, yaxud haldan düşübsə,
onları sürüdən ayırıb, müvafiq yerə salın.
- Bu heyvanlar xüsusi diqqət və qulluq tələb edir.
Onları baytar həkimi müayinə etdikdən sonra
yemlə və su ilə təmin edin.
|