|
Sərbəst iş üçün tapşırıqlar
|
1. Azərbaycanda keçilərin saxlanması və baş sayının artırılmasını müəyyən edin.
2. Südlük keçilərin dünyada pendir istehsalında və pendirin keyfiyyətində rolunu
dəqiqləşdirin.
3. Keçi saxlanan tövlələrin quruluşu və havalandırılmasını təyin edin.
4. Otlaqlardan düzgün istifadə və növbəli otarma sisteminin əhəmiyyəti qeyd edin.
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Sürüdə ana keçiləri və
çəpişləri ayırın.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə sürünü bağlı bir yerə salın və qapını
örtün.
- Səs salmadan, astadan sürüyə girin, heyvanları
qorxutmaq olmaz, bu, onların qaçmasına və
sürüdə özlərinə zərər yetirməsinə səbəb ola bilər.
Həmçinin qorxu məhsuldarlığın azalmasına
səbəb olur.
- Balaları ehtiyatla tutub yerinə salın.
- Balaları analardan ayırdıqdan sonra sürünü
yenidən öz yerinə apara bilərsiniz.
|
Sürüdə xəstələri və axsaqları
sağlamlardan ayırın.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Bunu baytar həkiminin nəzarəti ilə edin.
- Sakit və ehtiyatla sürüyə daxil olun, diqqətlə
sürünü gözdən keçirin, heyvan axsayırsa,
yelinində zədə varsa, yaxud haldan düşübsə,
onları sürüdən ayırıb, müvafiq yerə salın.
- Bu heyvanlar xüsusi diqqət və qulluq tələb edir.
Onları baytar həkimi müayinə etdikdən sonra
yemlə və su ilə təmin edin.
|