Respublikada quşçuluğun daha da inkişaf etdirilməsi
daima dövlətin diqqət mərkəzindədir. İllik istehsal
gücü 55 min ton quş əti və 248.5 milyon ədəd yumurta
olan 39 quşçuluq fabrikinin istehsal gücünün
genişləndirilməsinə və əlavə olaraq 5 damazlıq, 1
əmtəəlik və 9 broyler fabrikinin istifadəyə verilməsinə
son illər ərzində 98 milyon manat güzəştli kredit
verilmişdir. 2014-cü ildə respublika üzrə istehsal
olunmuş 99.4 min ton quş ətinin 64.0 min tonu (64.4
faizi ), 1562.7 mln ədəd yumurtanın 703.3 mln ədədi
(45.0 faizi) sənaye üsulu ilə istehsal olunmuşdur.
Ölkədə 2014-cü ildə adambaşına 9 kq quş əti istehlak edilmişdir. Dünyanın inkişaf etmiş ölkələrində adambaşına orta hesabla 15-16 kq və daha çox quş əti istehlak edilir və maksimum normalara əsasən adambaşına il ərzində 280 ədəd yumurta istehlak olunmalıdır. 4.1 Quşların normativlərə uyğun saxlanması Quşların saxlanması ilk olaraq onların biologiyasına, istehsal məqsədinə, ətraf mühitin qorunması prinsipinə, saxlanma, gigiyena və idarəetmə sisteminə uyğun aparılmalıdır. Quşların özünəməxsus bioloji əsaslı tələbləri var və burada ətraf mühitin mühafizəsinə xüsusi diqqət tələb olunur. Həmçinin quşların yemə olan tələbatı lazımi səviyyədə və yüksək keyfiyyətdə ödənilməlidir. Bunun üçün də gündəlik yemə olan tələbat məhsuldarlıqdan asılı olaraq hər başa görə hesablanmalıdır. Xüsusilə quşçuluq təsərrüfatları quşun növünə və yaş səviyyəsinə uyğun, hazır yemlə təmin olunmalıdır. Quşların saxlanmasında onların baş sayı düzgün hesablanaraq saxlandıqları yerlərə yerləşdirilməlidir. Quşlar bir m2-ə düşən baş sayına, yaxud bir m2-ə düşən çəkiyə görə yerləşdirilir. 4.2 İşıqlanma Müasir quşçuluq təsərrüfatlarında müxtəlif saxlanma üsulundan istifadə edilir. Ətraf mühitin qorunması |