ilə yanaşı, yemləməyə, işıq, temperatur, digər iqlim
göstəriciləri, zərərverici qazlar, tövlənin təchizatı və
quşların yerinin quruluğuna nəzər salınmalıdır.
Müəyyən uzunluq dalğasında olan işıq eyni zamanda enerji mənbəyidir. Quşların görmə qabiliyyəti digər heyvanlara nisbətən məhduddur. Tövlələrdə quşlar işığı gün ərzində pəncərədən keçən işıqlanmadan əldə edirlər. İşığın keyfiyyəti ilə yanaşı, həmçinin işığın tezliyini və işıqlanmanın müddətini də nəzərə almaq tələb olunur. Qaranlıq tövlə quşlar üçün yararsızdır. Gündüz olmasına baxmayaraq, quşlar qaranlıq tövlədə instinktiv olaraq gecə fazasına keçir. Bu da xüsusilə yumurtalıq toyuqlarda yumurta vermə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olur. 4.3 Temperatur Quşlarda yüksək temperatur dəyişiklikləri baş verdikdə bədən temperaturunu nizamlama xüsusiyyəti var. Quşlar yüksək temperatura qarşı daha həssasdırlar. Quşlarda tər vəziləri yoxdur, əvəzində başqa istilik nizamlama mexanizmləri işə düşür. Bu mexanizmlərə lələk örtüyü, baş, nəfəsalma, dimdiyi ilə lələkləri daramaq və s. misal göstərmək olar. Bu mexanizmlər vasitəsilə quşlar yüksək temperatur şəraitində bədən temperaturunu nizamlaya bilirlər. Lakin cücələrin yüksək temperatura daha çox ehtiyacı var, buna görə də onların istiliyə olan tələbatı müvafiq qızdırıcı lampalar və cihazlar vasitəsilə ödənilməlidir. Toyuqlarda aşağı temperatur zamanı bədəndə enerji ehtiyatına tələbat artır, bu da yem sərfiyyatına və məhsuldarlığa təsir edir. Buna görə də, tövlənin temperaturunu normaya uyğun nizamlamaq olduqca vacibdir. Həmçinin onların anatomik-fizioloji xüsusiyyətləri ilə əlaqədar havanın rütubətliliyi, xüsusilə də yüksək temperatur şəraiti quşlar üçün əhəmiyyətli hesab edilir. Bu zaman bədənin nəfəs alıb-vermə ilə temperaturunun aşağı salınması instinkti fəaliyyət göstərə bilmir. 4.4 Fermanın təchizatı Ferma və fermanın təchizatı heyvanın biologiyasına uyğun olmalıdır və eyni zamanda optimal istehsal şərtlərini ödəməlidir. |