Sərbəst hərəkət etmə sahəsi yemləmə, yatma, sağım və
peyinin təmizlənmə sahəsində fermerlərin fəaliyyətinə
və inəklərə yaxınlaşmalarına imkan yaradır.
5.2 Toyuqlar Ətlik toyuqlar torpaqla təmasda saxlanılır, daha doğrusu, onlara daha çox hərəkət sərbəstliyi verilir. Lakin yumurtalıq toyuqlar, əsasən qəfəslərdə, yerləşdirilir. Qəfəsdə saxlama yüksək gigiyena standartına zəmanət verir və yüksək məhsuldarlıq səviyyəsi ilə əlaqəlidir. Heyvanlara qulluq nöqteyinəzərindən qəfəs heyvanların torpaqda hərəkəti, tarımda durması, qumda çevrilməsi və yuva qurması kimi bir neçə sadə davranış üsullarını məhdudlaşdırır. Müasir quş qəfəsləri dəyişdirilərək orada yuxarıda göstərilən şərait təmin edilir. Ümumi nəticə etibarilə heyvanların saxlanma formalarının normativlərinə görə, qapalı şəkildə qəfəsdə saxlanma üsulları heyvanların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirlir. Lakin alternativ saxlanma sistemlərində qəfəs üsulunda saxlanma ilə müqayisədə hələ də ölmə faizinin yüksək olması müşahidə edilir. 5.3 Qoyunlar Təbii bitki örtüyündən faydalanması baxımından qoyunlar qış mövsümünə qədər örüşdə saxlanılır. Qoyun sürüləri köç şəklində zəngin bitki örtüyü olan yerlərdə otarılır. Qışda qoyunların tövlədə səmərəli saxlanması üçün böyük həcmli, havalanma şəraiti yaxşı olan və döşəməsi quru samanla, yaxud kəpəklə örtülü tövlə yerləri məqsədəuyğun hesab edilir. Qoyunlar açıq şəkildə saxlanma üsuluna daha çox uyğunlaşmışdır. Ona görə onları heç vaxt qapalı şəkildə saxlamaq məsləhət deyil. Zəif qulluq olduqda qoyunlarda daha çox problemlər yaranır. Axsaq, halsız olan heyvanlar ayrılıb, sürünün sonunda gətirilir. Dırnaqlarda infeksiyalar və arıqlıq xəstəliklərə və yayda istiyə dözümsüzlüyə gətirib çıxarır. Bitki örtüyü çox zəif olan örüşlərdə yem çatışmazlığı da qoyunlara mənfi təsir edən amillərdən hesab edilir. Belə vəziyyət heyvanın tamamilə haldan düşməsinə və getdikcə daha da zəifləməsinə şərait yaradır. |