Təlim nəticəsi 6. Gigiyena və sağlamlıq
Gigiyena və sağlamlığın idarəedilməsi heyvan sağlamlığının proflaktikası və yenidən sağlamlığının təmin
edilməsi üçün əsas şərtdir. Nəticə etibarilə isə istehsalın effektliyinə və məhsulun keyfiyyətinə təsir edən
məqam hesab olunur:
•
Heyvanların müxtəlif xəstəliklərə yoluxmasının qarşısının alınması;
•
Məhsuldar heyvanların sağlamlığına xüsusi diqqət;
•
İstehlakçıların infeksiya törədicilərindən və onların qalıqlarından qorunması.
Bu baxımdan baytar həkimlərinin və baytarlıq idarələrinin üzərinə böyük məsuliyyət düşür.
6.1
Qaramalın saxlanmasında ümumi gigiyenik tələblər
Qaramal təsərrüfatları damazlıq, əmtəə, kökəldilmə və s. istiqamətli olur və texnoloji layihələndirmə
normativləri əsasında təşkil edilir. Təsərrüfatın təşkili istiqamətinə uyğun olaraq heyvanların saxlanması
üçün təsərrüfat və yardımçı binalar tikilir. Südlük istiqamətli təsərrüfatlarda heyvanlar bağlı və ya
bağlanmadan saxlandıqda, bina daxilində ayrıca olaraq sağıma hazırlıq yeri, sağım zalı, sağım bölməsi,
laboratoriya, inəklər və buzovlar üçün ayrıca binalar, profilaktori və ya doğum evi, gəzinti meydançası,
süni mayalanma məntəqəsi üçün yer olmalıdır.
Qaramallar, əsasən, 3 sistemdə saxlanılır: 1) Pəyə otlaq; 2) Pəyə gəzinti; 3) Axım sex.
1.
Pəyə otlaq sistemində heyvanlar qış dövründə tövlədə saxlanılır və yemlənilir. Yayda isə təsərrüfata yaxın
olan otlaqlarda otarılır. Bununla heyvanlar sərbəst gəzə bilir və həm də zəngin bitki örtüyü olan örüşlərdə
qidalı və təbii yaşıl yem kütləsi ilə təmin olunurlar.
2.
Pəyə gəzinti sistemində heyvanlar tövlədə saxlanılır və yemlənilir. İnəklər tövlənin gəzinti üçün ayrılmış
sahəsində sərbəst hərəkət etmək imkanı əldə edirlər.
3.
Axım sex sisteminin mahiyyəti ondan ibarətdir ki, təsərrüfatda həyata keçirilən bütün proseslər, yəni doğum,
sağım, mayalanma və s. təsərrüfatın özündə təşkil edilir. Bu sistemdə inək tövlələri 400, 600, 800, 1200 və
2000 başa qədər yerləşən böyüklükdə ola bilər. Belə tövlələrin içi sökülə bilən arakəsmələrə şöbələrə
bölünür. Belə şöbələrdə inəklər həm istirahət edir, həm də sərbəst gəzintiyə çıxa bilir.
Buzovlar qəfəsdə qruplarla saxlanılır. Binada hər heyvan başına düşən yem norması və qrupda olan heyvanların
sayı zoogigiyenik tələbatı ödəməlidir.
Qaramalı bağlı şəraitdə saxladıqda onun məhsuldarlığı haqqında fərdi hesabat aparmaq olur, yemlənməsinə
fərdi yanaşılır, hər bir heyvan ayrıca yatmaq yeri, yem axuru və su qabı ilə təmin edilir. Mənfi cəhəti odur
ki, heyvan sərbəst gəzintidən, xarici mühit amillərindən, xüsusilə təmiz havadan məhrum olur. Heyvanlar
bağlı şəkildə uzun müddət qaldıqda onlarda dırnaq çürüməsi xəstəlikləri yaranır ki, bu da dərman
preparatları üçün əlavə xərclərin yaranmasına və heyvanın süd və ət məhsuldarlığının