zəifləməsinə, son nəticədə isə tamamilə çıxdaş
olmasına gətirib çıxara bilir. Ona görə də heyvanların
sərbəst hərəkəti üçün şərait yaradılmalı və heyvanlar
gün ərzində 4-5 saat sərbəst gəzməlidirlər.
Sağmal inəklərin sayını artırmaq və yüksək məhsul əldə etmək üçün onların sağlamlığını qorumaq tələb olunur. Buna nail olmaq üçün hər şeydən öncə inəklərin ilk dəfə cütləşdirilməsi vaxtına nəzər yetirmək, boğaz, yeni doğmuş inəklərə qulluq etmək, buzovların və inəklərin normal bəslənməsinə xüsusi diqqət ayırmaq tələb olunur. Dişilərin vaxtından əvvəl cütləşməyə buraxılması onların sağlamlığına və eləcə də süd məhsuldarlığına mənfi təsir göstərir. Südlük istiqamətdə tez yetişən cinslər birinci dəfə 1618 aylıqlarında, gec yetişən cinslər isə (ətlik cinslər) 2022 aylıqda mayalanmaya buraxılır. İnək doğduqdan sonra yaxşı olar ki, ikinci həvəsə gəlmə müddətində cütləşməyə buraxılsın ki, bu, mayalanmanın faizini artırır. 6.2 Doğum gigiyenası İnəklərin hər dövrünə uyğun yem payı tərtib edilir. Yəni südü qurutma dövründə qüvvəli, doğum qabağı zəif, doğumdan sonra olan laktasiya ərzində isə məhsuldarlıq göstəricilərinə uyğun qüvvəli yem verilməlidir. Sağılmayan boğaz inəklər isə normaya uyğun və müvafiq qaydada hesablanmış norma əsasında qüvvəli yemlə yemlənməlidir. Doğuma 5-7 gün qalmış inəklərin yem payında silos və qarışıq yemlərin miqdarı azaldılır, gəzinti dayandırılır və müvafiq sanitar işlənilmədən sonra heyvan doğum şöbəsinə keçirilir. Həmin inəklərə yüksək keyfiyyətli ot və mineral yem verilməlidir. Yeni doğmuş inəklərdə bədən temperaturu ölçülməli və xüsusən yelininə ciddi baytarlıq nəzarəti olmalıdır. Bu inəklər ehtiyatla yemlənməlidir. Doğumun ilk günü inəyə saxlayıcı yem payı, sonra isə 5-7 gün müddətində quru ot və zəif tərkibli qarışıq yem (məs.: buğda kəpəyi və s.) horra şəklində verilə bilər. İnək özünü yaxşı hiss etdikdən sonra yem payında tədricən qarışıq yemin miqdarı artırılır və silos yem payına daxil edilir. Doğumdan 20 gün sonra yem payına 10-12 kq cecə əlavə edilə bilər. |