İnəklərin əl ilə sağılması çox zəhmət və vaxt tələb edir, həmçinin sağınçıların
sağlamlığına mənfi təsir edir. Daha çox inəklərin maşınla, müasir sağım aparatları ilə
sağılması üsullarından istifadə edilir.
2) Maşınla sağımın aşağıdakı üstünlükləri var:
• Ağır əl əməyi mexaniki avadanlıqla əvəz edilir.
• Sağıcının istehsalat göstəriciləri 10 dəfə artır.
• Sağılan süd daha təmiz olur.
• Sağımın gedişatı süd vəzisinin fizioloji fəaliyyətinə müsbət təsir göstərir.
Yeni doğmuş inəyi 12-15 gün əllə sağdıqdan sonra maşınla sağmaq olar.
Karusel tipli sağım qurğularının köməyilə sağım vaxtına qənaət olunur, sağım daha
tez qurtarır. Lakin bu qurğular bahalı olduğundan daha az istifadə edilir. Belə qurğular
dairəvi binada yerləşdirilir. Binanın ortasında 22 və daha çox inək yerləşə bilən dairəvi
meydança olur. Belə meydançada inəklərin sağılmasına iki nəfər nəzarət edə bilir.
Sağım aparatlarının üzərində vaxtaşırı korroziya əleyhinə kimyəvi maddələr çəkilir,
hətta sağımdan sonra qaynar su ilə yuyulur, təmizlənir və dezinfeksiya edilir.
Dezinfeksiya məqsədilə A,B,V tozundan, natrium hidroxloriddən, dezmol, vesan DPM-
2, İmpuls M-59 və s. istifadə etmək olar.
6.3.2 Südün sanitar-gigiyenik şəraitdə tədarükü
Yelin xəstəliklərinin qarşısını almaq məqsədilə inəklər üç ayda bir klinik müayinədən
keçirilməlidir. Ayda bir dəfə süddə olan bakteriyalara görə çirklənmə dərəcəsi
yoxlanmalıdır. Yelində uzun tüklər müntəzəm olaraq kəsilməlidir.
Süd qabları təmiz saxlanmalı, əvvəlcə soyuq, sonra isə sodalı qaynar su ilə yuyulmalı
və təmiz su ilə bir neçə dəfə yaxalanmalıdır. Yuyulmuş qablar günün altında ağzı
aşağı xüsusi hissələrdə saxlanılır. Süd qabları yay aylarında hər sağımdan sonra, qış
aylarında isə gündə bir dəfə yuyulmalıdır.
Südün keyfiyyətini saxlamaq və onu çirklənmədən qorumaq üçün sağılmış süd xüsusi
çənlərə tökülür. Süd göndərilənə qədər müsbət 4-6 dərəcədə bu çənlərdə saxlanılır.
Onu da qeyd etmək lazımdır ki, bu çənlərdə süd maksimum 2-3 gün saxlanıla bilər.
Südü uzun müddət saxlamaq üçün onu pasterizə və ya sterilizə etmək lazımdır.
Sağıcılar sağıma başladıqda təmiz ağ xələt geyinməli, başlarını bağlamalıdırlar. İlk
sağılan süd mikroorqanizmlərlə çirkli olduğu üçün onun sağımdan öncə ayrı qaba
sağılması mütləqdir.
Şəkil 23. Südün soyutma çənində
saxlanması